Accessibility links

Azərbaycan-İran əməkdaşlığı daha da genişlənəcək [Video]


Azərbaycan-İran əməkdaşlığı daha da genişlənəcək
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Azərbaycan-İran əməkdaşlığı daha da genişlənəcək

Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Xarici işlər nazirləri keçirdikləri birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin dinamikasını müsbət dəyərləndirib. Son iki ildə prezidentlər 4 dəfə görüşüb, 20-dək nazirlər qarşılıqlı səfərlər edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif

“Prezidentlər münasibətlərin inkişafı üçün tapşıqırılar verib”, nazir Elmar Məmmədyarov bildirib.

Nazirlər bu gün keçirilən görüşdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi, o cümlədən Türkiyə-Azərbaycan-İran formatında danışıqlar, Xəzərin hüquqi statusu, enerji, elektrik enerjisi, dəmir yolu, tranzit, antiterror və başqa məsələləri müzakirə ediblər.

“Azərbaycanın İranla tarixi, dini, mədəni əlaqələri var. Gələn həftə İranın nazirləri Azərbaycana səfər edəcək. Azərbyacan nümayəndə heyəti isə İrana gedəcək. Bəzi məsələlərdə ikitərəfli əlaqələri gücləndirməliyik. Üçtərəfli formatda Türkiyə-Azərbaycan-İran xarici işləır nazirləri görüşəcək. Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmiryolu ilə bağlı təkliflər var. İran bu dəmiryolu vasitəsi ilə Azərbaycana, Rusiyaya və Avropaya çıxmaq istəyir. Gələn ay Bakıda Xəzərin hüquqi statusu ilə bağlı beştərəfli görüş olacaq. Həmin görüşdə Xəzərlə bağlı İranla ikitərəfli formatda da görüş keçiriləcək. İran Azərbaycandan elektrik enerjisi almaq istəyir. Antiterror sahəsində əməkdaşlıq, müdafiə nazirlərinin götrüşü, qarşılıqlı mədəniyyət mərkəzlərinin fəaliyyətinin davam etdirilməsi də müzakirə edildi”, Məmmədyarov qeyd edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın İran üçün mühüm əhəmiyyətə malik qonşu ölkə olduğunu deyib.

“Biz ikitərəfli, beynəlxalq sahələrdə əməkdaşlıq aparırıq. Əlaqələrimiz daha da genişlənməlidir. Terroizmə qarşı birgə mübarizədə, regionda sülhün, sabitliyin bərpasında birgə olmalıyıq. Xəzər sülh və əməkdaşlıq dənizidir. Xəzərlə bağlı ikitərəfli müzakirələrimizi daha ciddi davam etdirməliyik. Müdafiə, iqtisadi, cənub-şimal nəqliyyat dəhlizi, elektrik, nəqliyyat, tranzit və kənd təsərrüfatı sahəsində əməkdaşlığımız genişləndirilməlidir”, o qeyd edib.

Nazir nüvə proqramı sahəsində İranı dəstəklədiyinə görə Azərbaycana minnətdarlıq bildirib.

XS
SM
MD
LG