ATƏT-in Seçkiləri Müşahidə Missiyasının koordinatorları Mişel Vuazen və Tyeri Maryani sentyabrın 18-də Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə görüşüb.
Görüşdə seçki kampaniyası ilə bağlı məsələlər müzakirə olunub.
Milli Şuranın mətbuat xidmətinin məlumatına görə, prezidentliyə namizəd Cəmil Həsənli ATƏT nümayəndələri ilə görüşdə xarici diplomatlara hakimiyyətin Seçki Məcəlləsinin bir sıra tələblərinin pozduğunu, namizədlər üçün qeyri- bərabər şərait yaratdığını, eləcə də İctimai Televiziyada ayrılan ödənişsiz efirin vaxtının və teledebat formatının qeyri-məqbul olduğunu bildirib.