Accessibility links

Obama Konqresin Ebola ilə mübarizəyə 6,2 milyard dollar pul ayrılmasına çalışır


ABŞ prezidenti Barak Obama Konqresi bayram tətilindən əvvəl Ebola virusu ilə mübarizəyə təcili olaraq 6,2 milyard dollar vəsait ayrılmasına dair qanunu qəbul etməyə çağırıb.

Vaşınqton yaxınlığında Milli Səhiyyə İnstitutunda çıxış edən cənab Obama deyib ki, Ebola xəstəliyinə qarşı kliniki təcrübədən keçirilmiş peyvəndin ilkin mərhələdə heç bir ciddi yan təsirin olmaması sevindirici xəbərdir.

O bildirib ki, indiyədək Ebola xəstəliyinə qarşı dərman preparatının yaradılması istiqamətində aparılan tədqiqatların heç biri bu qədər müvəffəq olmayıb.

Lakin prezident Obama peyvəndin təsirli olacağına dair heç bir zəmanətin olmadığını qeyd edib və tədqiqatların hələ başa çatmadığını deyib.

Ebola virusu Qvineya, Liberiya və Sierra Leonedə təxminən 7000 insanın, digər ölkələrdə isə az sayda adamın ölümünə səbəb olub.

Cənab Obama deyib ki, Ebola virusunun Qərbi Afrikada aradan qaldırılması amerikalıları xəstəlikdən qorumaq deməkdir.

XS
SM
MD
LG