Accessibility links

Obama Ebola xəstəliyinə qarşı mübarizə səylərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda Ebola diaqnozu qoyulmuş xəstələrin müalicə edilib sağalmasına baxmayaraq, xəstəliyə qarşı mübarizə səylərində tam uğura nail olmaq üçün hələ vaxt lazım olduğunu deyib.

Prezident Obama Ağ Evdə ABŞ-da Ebola xəstəliyinə qarşı mübarizə səylərinə rəhbərlik edən komandanın üzvləri ilə görüşüb. Cənab Obaam deyib ki, Afrikada Ebolanın hələ də yayılması xəstəliyə qarşı mübarizə səylərinin davam etdirilməsinin vacibliyini göstərir. “Bu, regionun xəstəlikdən tamamilə azad olmasına qədər səylərin davam etdirilməsinin əhəmiyyətini göstərir”-deyə o bildirib.

Prezident Obama deyib ki, Qərbi Afrikada epidemiya dayandırılmayana qədər bütün dünyada insanlar üçün hələ də müəyyən risk qalmağa davam edir.

Bu gün həmçinin ABŞ Konqresinin üzvləri Qərbi Afrikada Ebola virusunun yayılmasının qarşısını alınması yollarını müzakirə ediblər.

XS
SM
MD
LG