Accessibility links

Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilir


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

İclasda ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində öhdəliklər müzakirə edilir

Fevralın 3-4-də Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin dördüncü iclası keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, iclas zamanı alt komitənin 19-20 noyabr 2012-ci ildə Bakıda keçirilmiş son iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş tərəqqi, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunur.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə həmçinin digər nazirlik və dövlət qurumlarının məsul əməkdaşları daxildir.

Səfər çərçivəsində 2013-cü il dekabrın 5-də imzalanmış Yerdəyişmə üzrə tərəfdaşlığa dair birgə bəyannamənin icrasına dair danışıqların aparılması da nəzərdə tutulub.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG