Accessibility links

Səməd Seyidov: Azərbaycan AŞ-da sədrliyi dövründə də insan haqlarını siyasi alətə çevirməyin əleyhinə çıxacaq [Video]


Səməd Seyidov: Azərbaycan AŞ-da sədrliyi dövründə də insan haqlarını siyasi alətə çevirməyin əleyhinə çıxacaq
please wait

No media source currently available

0:00 0:07:28 0:00

Səməd Seyidov: Azərbaycan AŞ-da sədrliyi dövründə də insan haqlarını siyasi alətə çevirməyin əleyhinə çıxacaq

Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin sədri Ermənistan-Azərbaycan münaqişəsı, insan haqları, siyasi məhbus problemləri və Avropa Şurasının dəyərlərindən danışıb

Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında olduğu kimi bu sessiyada da işğal altında olan torpaqları ilə bağlı məsələ qaldırıb. Bu barədə Milli Məclisin AŞPA-da daimi nümayəndə heyətinin sədri Səməd Seyidov Strasburqda qurumun sessiyası zamanı jurnalistlərin suallarının cavabında bildirib.

Onun sözlərinə görə ermənilər atəşkəs rejimini cəbhənin bütün istiqamətlərində pozmağa başlayıb.

“Bunu mən də, nümayəndə heyətinin üzvləri də qeyd etdi. Bu əks tərəfin gücsüzlüyüdür ki, bu şəkildə atəşkəsi pozaraq, hansısa provakasiyalara gedərək nəyisə əldə etmək istəyir. Yəni danışıqları pozmaq istəyirlər. Başa düşürlər ki, danışıqlar prosesi hüquqi müstəvidə onların xeyrinə deyil. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir.

Problemi sülh yolu ilə həll etmək lazımdır. Ancaq necə? Danışıqları pozmaq üçün atəşkəsi pozmaq, provakasiyalar etmək lazımdır. Hanslı ki biz bu gün şahidiyik. Ona görə də bu məsələni sessiyada qaldırmışıq”, sədr qeyd edib.

Səməd Seyidov AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında keçirilən görüşlərin davam etdirilməsini istəyir.

“Biz çalışırıq ki, bu görüşlər davam etdirilsin. Bu çox xeyirlidir. Hamı bilməlidir ki, Azərbaycan həmişə sülh tərəfdarıdır. Sülh uğrunda mübarizəni biz aparırıq, Ermənistan sülh uğrunda mübarizə aparmır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, indi də dünyaya reallıqdan kənar məlumatlar yaymağa çalışır”.

O insan hüquqları, siyasi məhbuslar və qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə məhdudlaşdırıcı əlavələr edilməsi barədə sualın cavabında deyib ki, Avropa Şurasında da, müxtəlif yığıncaqlarda da Azərbaycanda siyasi məhbuslar, vicdan məhbusları, insan hüquqları, toplaşmaq azadlığının məhdudluğu və sairə məsələlərin qaldırılmasının şahidi olur.

“Mən tam səmimi olaraq mətbuat nümayəndələrinə dəfələrlə demişəm, Azərbaycan insan haqları problemləri ilə məşğul olmağa hazırdır, məşğul olub və bundan sonra da məşğul olacaq. Bu ölkənin gündəliyinə daxildir. Ancaq insan haqlarını siyasiləşdirmək hansısa maraqlara xidmət etmək deməkdir. Bu gün görürsünüz Ukraynada hansı proseslər gedir. Bu gün görürsünüz insan haqları məsələsindən hətta inkilşaf etmiş ölkələrdə hansı düşünülməz, dəhşətli məsələlər gündəmə qalxır.

Bunu Azərbayacana da gətirmək istəyirlər. Elə bu gün bunun şahidi olduq. Bir neçə nəfər qalxdı Azərbaycana aid olmayan məsələlərdən Azərbaycanın məsələsini gündəmə gətirmək istədi.

Yəni insan haqlarından istifadə edərək siyasi məqamlarla, motivlərlə dövlətə təzyiq göstərmək. Biz bunun əleyhinəyik və həmişə əleyhinə olmuşuq, bundan sonra da əleyhinə olacağıq.

Beynəlxalq təşkilatlara gəlincə, onlarla əməkdaşlıq etməyə həmişə hazırıq. Ancaq beynəlxalq təşkilatdan da beynəlxalq təşkilata fərq var və beynəlxalq təşkilatın da öz acendası (gündəliyi) var. Ona görə də beynəlxalq təşkilatların da dediyini tam şəkildə tənqidsiz qəbul etmək dövlət maraqlarına zidd bir məsələdir”.

Leyla Yunusun 134 siyasi məhbusun adını açılaması ilə bağlı suala cavabda Seyidov deyib ki, bu bir az gülüş doğuran məslədir.

“Mətbuatda dərc olunmuşdu ki, Leyla xanımdan soruşublar ki, siz bu siyahıda olanların işinə (sənədlərinə-red) baxıbsınızmı ? Deyib ki, hələ baxmamışam, hələ öyrənməmişəm, birbaşa daxil etmişəm.

Belə apriori məsələlər beynəlxalq təşkilatlarda da çoxdur. Hər bir məsələ ciddi öyrənilməlidir. Ola bilər ki, hər hansı bir halda insan haqları pozulub. Heç kim bunu inkar etmir. Ancaq insan haqlarından siyasi motiv kimi dövlətə təzyiq etmək üçün istifadə edilməsi qəbul edilməzdir”.

Onun sözlərinə görə, AŞPA-da Ukrayna məsələsi müzakirə ediləcək.

“Ukraynada hadisələrin bu şəkildə cərəyan etməsinin səbəblərindən biri də budur ki, bəzi beynəlxalq təşkilatların sənədlərini ciddi təhlil etməyiblər. Əgər ciddi təhlil edib, dövlət maraqlarını önə çəksə idilər, bəlkə də indi hadisələr başqa cür cərəyan edərdi”.

Seyidov fikrinin davamında deyib ki, Azərbaycan prezidenti bu günlərdə Davos sammitində açıq şəkildə bəyan edib ki, Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalamasına o qədər də meylli deyil.

“Biz daha yüksək səviyyədə Avropaya inteqrasiya etməyə hazırıq. Daha yüksək səviyyədə əməkdaşlıq, - strateji əməkdaşlıq, enerji əməkdaşlığı, insan haqları səviyyəsində əməkdaşlıq, qarşılıqlı hörmət əsasında ikitərəfli əməkdaşlıq. Bu hansısa kağız üzərində yox, real dəyərlər əsasında sazişlərin və münasibətlərin formalaşmasıdır”.

O Azərbaycanda insan haqlarına əməl olunmadığı halda daha yüksək səviyyədə saziş necə əldə olunacaq?, - sualına cavabda deyib ki, Azərbaycanın AŞ-da sədriliyi başlayacaq.

“Mayın sonunda daimi komitənin Azərbaycanda iclası olacaq, iyun ayında Azərbaycanın sədrliyi başlayacaq. Bu o deməkdir ki, Azərbaycanın sədrliyi dövründə AŞ ilə birgə fəaliyyət planının, o cümlədən insan haqları ilə bağlı daha aktiv, daha dərin, daha geniş həyata keçirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Azərbaycanın sədrliyi dövründə də insan haqlarını siyasi alətə çevirməyin əleyhinə çıxacağıq”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG