Accessibility links

Hindistanın müsəlman ruhanisi amerikalıları Kəşmiri tərk etməyə çağırır


Hindistanın nəzarəti altında olan Kəşmirin müsəlman ruhanisi İslamı təhqir edən filmə görə qızışan ehtirasların təhlükəli ola biləcəyini deyərək, amerikalıları Himalay regionunu tərk etməyə çağırıb.

Amerikada çəkilmiş kiçik büdcəli qısametrajlı filmdə Məhəmməd peyğəmbər mənfi obrazda göstərilib. İnternetdə nümayiş etdirilən bu film Misir və Liviyada zorakılıqlarla nəticələnən etirazlara səbəb olub.

Müsəlman ruhanisi Bəşiruddin Əhməd amerikalıların təhlükəsizliyi baxımından çoxu müsəlman olan Kəşmiri təcili surətdə tərk etməli olduqlarını deyib. Ruhani filmin müsəlmanların heysiyyatına toxunduğunu deyib.
XS
SM
MD
LG