Accessibility links

İsveçrə FİFA ilə bağlı təhqiqat zamanı 53 şübhəli maliyyə transaksiyası aşkar edib


İsveçrə ittihamçıları 2018 və 2022-ci illərdə keçiriləcək FİFA Dünya Kuboku uğrunda çempionatlarda püşk atma prosesi zamanı çirkli pulların yuyulmasının mümkünlyünə dair 53 transaksiyanı araşdırır.

İsveçrənin baş prokuroru Maykl Lauber bildirib ki, həmin transaksiyalar haqda məlumat İsveçrənin çirkli pullarla mübarizə sistemi vasitəsilə banklar tərəfindən verilib. Onun bildirdiyinə görə, banklar böyük miqdarda və mürəkkəb transaksiyaların həyata keçirilməsi haqda məlumatı verməklə öz vəzifələrini yerinə yetirib.

Baş prokuror jurnalistlərə bildirib ki, o, FİFA prezidenti Sepp Blatterin dindirilməsini istisna etmir. Cənab Blatter FİFA-da rüşvət qalmaqalından sonra vəzifəsindən istefa verib.

İsveçrədə aparılan istintaq 2018 və 2022 ci ildə Dünya Futbol çempionatlarının Rusiya və Qətərdə keçirilməsinı dair qərarın verilməsinin çirkli pulların yuyulması ilə əlaqədar olub-olmadığına aydınlıq gətirəcək.

Bu istintaqla yanaşı, ABŞ keçən ay FİFA-nın doqquz rəsmisi və beş icraçı direktor barədə çirkli pulların yuyulması ilə bağlı cinayət işi qaldırıb.

FİFA 2026-cı ildə keçiriləcək Dünya Futbol çempionatı ilə bağlı püşk atma prosesini bu hadisələrə görə təxirə salıb.

XS
SM
MD
LG