Accessibility links

Məcid Araz: Xameneyi İran cəmiyyətinin ona inanmadığını bilir


Məcid Araz
Məcid Araz

İranın ali dini lideri Seyyid Əli Xameneyi İranda yayılan koronavirusun Amerika tərəfindən xüsusi olaraq İran üçün yaradıldığını iddia edir.

Məcid Araz Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:10 0:00

Siyasi fəal Məcid Araz hesab edir ki, bu kimi iddialar İran İslam Respublikasında hakim olan fanatik ideoloji zehniyyətdən qaynaqlanır.

Virusun İrana dağılmasını çox daha yavaşlada bilərdilər, təxirə sala bilərdilər. Təbii ki, tamamən qarşısını ala bilməzdilər. Çünki bütün dünyaya yayılıb və təbii olaraq İrana da gələcəkdi. Amma, gec gələ bilərdi. Xəsarəti daha az ola bilərdi.”


Amerikanın Səsinə danışan türk fəal deyir, “İranda hakim olan zehniyyət fanatik ideoloji bir zehniyyətdir. Əli Xameneyi onun ən başında gəlir və o zehniyyətin təmsilçisidir. Bunlar bəzən praqmatist davrana bilsə də, bir çox zaman zamanın və çağın məntiqinə, elmə və bilimə uyğun olmayan çıxışlar edə bilir.”

Məcid Arazın söylədiklərinə görə, İranda ictimai rəyin heç bir qiyməti yoxdur və Seyyid Əli Xameneyi də sözlərinin toplumda qəbul görəcəyini gözləmir:

“İndi Əli Xameneyi deyir ki, bu virusu Amerikalılar çıxaıb. Bir qismini də İranlılara özəl çıxarıb. Yaxud, biz bunun dərmanını tapmışıq və bir həftəyə bazara gəlir... Xameneyi özü də bilir ki, o sözləri nə İran toplumunun əksəriyyəti qəbul edir, nə də dünyada qəbul edirlər.”

Onun sözlərinə görə, “İran kimi ölkələrdə, təəssüf ki, ictimaiyyətin və ictimai rəyin heç bir qiyməti yoxdur. Xameneyi sadəcə özünə bağlı gücləri və toplumda ona bağlı olan çox dar bir kəsimi razı salmaq istəyir. Yəni rejimi ayaqda saxlayan çox dar bir kütlə var. Xameneyi sadəcə ona inanan, onu qəbul edən, ya iqtisadi və ideoloji səbəblərə görə sistemə bağlı olanlara danışır. Onları özünə bağlı saxlayıb, öz sistemini yürütmək istəyir.”

İran kimi ölkələrdə, təəssüf ki, ictimaiyyətin və ictimai rəyin heç bir qiyməti yoxdur. Xameneyi sadəcə özünə bağlı gücləri və toplumda ona bağlı olan çox dar bir kəsimi razı salmaq istəyir.


Məcid Araz İslam Respublikasının sadəcə qeyri-fars icmalar arasında deyil, fars icmasında da legitimlik böhranı yaşadığını vurğulayır.

“İran İslam Cümhuriyyəti toplumda çox ciddi məşruiyyət böhranı yaşayır. Xalqaların içində, hətta rejimin təbii bazası olan fars toplumu içində də rejimin ciddi bir məşruiyyət böhranı var. Bu böhran qeyri-fars icmalar, yəni türk, kürd, ərəb və bəluç icmaları içində daha dərindir. Amma təbii ki, bu rejimi dəstəkləyən çox dar ama yaxşı mütəşəkkil olmuş bir kütlə var,” siyasi fəal qeyd edir.

Məcid Araz müsahibədə həmçinin İran dövlətinin koronavirus təhlükəsi ilə bağlı yürütdüyü siyasəti dəyərləndirib.

Onun dediklərinə görə, “ İran bölgədə və öz tay-tuş ölkələri arasında bu virusun ən çox və ən tez yayıldığı ölkələrdən biri oldu. Bu, yenə də, elə İran İslam Cümhuriyyətinin yanlış icraatı və tədbirsizliyindən dolayı oldu. Çindən səfərləri durdurmadı. Qumu karantinə almadı... Yəni virusun ölkəyə dağılmasını çox daha yavaşlada bilərdilər, təxirə sala bilərdilər. Təbii ki, tamamən qarşısını ala bilməzdilər. Çünki bütün dünyaya yayılıb və təbii olaraq İrana da gələcəkdi. Amma, gec gələ bilərdi. Xəsarəti daha az ola bilərdi.”

XS
SM
MD
LG