Accessibility links

Jurnalistin məhkəməsi başlayıb


Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)
Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Pərviz Həşimli işgəncələrə məruz qaldığını deyib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə qaçaqmalçılıq və qanunsuz silah alverində ittiham olunan jurnalist Pərviz Həşimli və Təvəkkül Qurbanovun işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi həbs qətimkan tədbirinin ev həbsi ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb. Bundan əlavə, müdafiə tərəfi P.Həşimlinin hüquqlarının istintaq tərəfindən pozulmasının tanınmasını və təcridxana rəisi Zaur Bənnayevin qanunsuz əməlləri barədə qərar çıxarılmasını tələb edib. Həmçinin vəkil işin əlavə təhqiqat üçün prokurorluğa qaytarılması, proses zamanı audio və videoyazıların aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb.

Müdafiə tərəfi P.Həşimlinin Penitensiar Xidmətin təcridxanasına köçürülməsi və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında olan müşahidə kameralarına baxış keçirilməsi barədə də vəsatət qaldırıb.

“Jurnalist bildirib ki, MTN-də işgəncələrə məruz qalıb. Başıma qara torba salıb saatlarla saxlayıblar. Cənab hakim, sizinlə belə rəftar etsəydilər, özünüzü təhqir olunmuş hiss edərsinizmi?”, - jurnalist vurğulayb. Hakim sualın cavabında ona xəbərdarlıq edib. P.Həşimli bildirib ki, MTN təcridxanasından Baş Prokurorluğa, Prezident Administrasiyasına və digər qurumlara 30-dan çox müraciət yazıb. Heç biri ünvana göndərilməyib. Jurnalist ona qarşı irəli sürülən ittihamları uydurma adlandırıb”, vəkil qeyd edib

Hazırlıq iclası martın 7-də davam edəcək.

Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs edilib. O, qaçaqmalçılıq və qanunsuz silah alverində ittiham olunur. Jurnalist həbsini siyasi motivli sayır. Onun doğmaları bildiriblər ki, jurnalistdən AXCP lideri Əli Kərimlinin əleyhinə yazılar dərc etdirmək tələb olunub, lakin o imtina edib və buna görə də cəzalandırılır.

Öz növbəsində, MTN İctimaiyyətlə Əlaqələr Mərkəzi məhkəmədən öncə bir neçə dəfə jurnalistin işgəncələrlə bağlı dediklərini təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG