Accessibility links

İki nəfərin prezidentliyə namizədliyi təsdiq edilib


Seçki qutusu
Seçki qutusu

MSK indiyədək prezidentliyə namizədliyə iddialı 8 şəxsin namizədliyini təsdiq edib

Avqustun 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin prezidentliyə namizədliyini təsdiq edib. Bununla da namizədliyi təsdiq olunmuş şəxslərin sayı 8-ə çatıb.

MSK namizədliyi təsdiq olunmuş hər iki şəxsin MSK-da səlahiyyətli nümayəndələrini də təsdiq edib.

İndiyədək MSK YAP sədri, hazırkı prezident İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Liberal Demokrat Partiyasından sədri Fuad Əliyevin, İlqar Məmmədovun (Altay), Ümid Partiyasının sədri İqbal Ağa-zadənin namizədliyini təsdiq edib.

Namizədliyi təsdiq olunmuş şəxslər MSK-da prezidentliyə namizəd kimi qeydə alınmaq üçün 40 min seçici imzası toplamalıdır.
XS
SM
MD
LG