Accessibility links

Putin: Rusiya ABŞ-la qarşılıqlı hörmətə əsaslanan münasibətlər istəyir


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Birləşmiş Ştatlarla hörmətə əsaslanan münasibətləri olmasını istədiyini deyib. Rusiya lideri bu açıqlamanı ABŞ-ı Rusiyanı özünə tabe etmək istəməkdə ittiham etdikdən bir gün sonra verib.

Kremldə Rusiyaya səfir təyin edilmiş diplomatların etimadnamələrinin qəbulu mərasimində danışan cənab Putin deyib ki, Rusiya Birləşmiş Ştatlarla bir-birinin maraqlarına hörmət, bərabərhüquqlu münsaibətlər və bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə əsaslanan praktiki əməkdaşlığa hazırdır.

O, iki ölkənin beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də qlobal risklər və təhlükələrə cavab verilməsi kimi xüsusi məsuliyyət daşıdığını bildirib.

ABŞ-ın Rusiyada yeni səfiri Con Teft Rusiya liderinə etimadnaməsini təqdim etmiş xarici ölkə diplomatları arasında olub.

Çərşənbə axşamı cənab Putin Moskvada tərəfdarları ilə görüşdə Birləşmiş Ştatların Rusiyanı öz nəzarətinə tabe etməyə çalışdığını və öz problemlərini Rusiyanın hesabına həll etmək istədiyini deyib.

XS
SM
MD
LG