Accessibility links

Qubalılar bundan əvvəl də icra hakimiyyəti başçısının istefasını tələb etdiklərini deyirlər (AUDİO/FOTOLAR)


Amerikanın Səsinin Bakl müxbiri Tapdıq Fərhadoğlu Azərbaycanın Quba rayonunda baş verənlər haqda danışdı.

Tapdıq Fərhadoğlu minlərlə insanın icra hakimiyyəti binasının qarşısına toplaşaraq, yerli icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefasını tələb etdiklərini bildirdi. O, etirazlara səbəbin bir neçə gün əvvəl iclas zamanı Rauf Həbibovun Quba sakinlərini təhqir etməsi olduğunu dedi.

Amerikanın Səsinin müxbiri etirazların sonradan iğtişaşlara çevrildiyini, rayon sakinlərinin İcra hakimiyyəti binasına hücum etdiklərini, binanın qapı-pəncərəsini sındırdıqlarını, bundan sonra isə icra hakimiyyətinin başçısı Rauf Həbibovun evinə hücum edərək, evi yandırdıqlarını dedi. Tapdıq Fərhadoğlu Quba şəhərinə daxili qoşunların əsgərlərinin və çevik polis alayının əməkdaşlarının yerləşdirildiyini bildirdi.

Nərminə Cəlalqızının Tapdır Fərhadoğlu ilə Quba rayonunda baş verənlərlə bağlı müsahibəsinin audio yazısını dinləyin.

Fotolar əməkdaşımız Tapdıq Fərhadoğluna məxsusdur


XS
SM
MD
LG