Accessibility links

Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılıb


Kino lenti
Kino lenti

Rüstəm İbrahimbəyov Azərbaycan iqtidarını tənqid etdikdən sonra alternativ Kinematoqrafçılar İttifaqı yaradılıb.

Yanvarın 23-də Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət Evindəki ofisindən çıxarılıb.

Kinematoqrafçılar İttifaqının rəsmisi bildirib ki, günorta saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ofisi tərk etməyi tələb edib.

İttifaqın katibi İsa Cabbarov deyib ki, qurumun səndələrini və ofis əşyalarını Hökumət Evinin zirzəmisindəki anbara daşıyıblar.

Onun sözlərinə görə, meriya nümayəndəsi adını söyləməyib və hər-hansı sənəd göstərməyib.

Ziyalılar Forumunun təsisçilərindən olan, tanınmış dramaturq, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov Azərbaycan iqtidarını tənqid edir və islahatlara çağırıb. Bundan sonra hökumətin himayə etdiyi alternativ Kinematoqrafçılar İttifaqı yaradılıb və hakimiyyət rəsmiləri, iqtidaryönümlü media Rüstəmbəyova qarşı kəskin tənqidi münasibət nümayiş etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG