Accessibility links

Səməd Rəhimli: Azərbaycanda LGBT icması ikiqat diskriminasiyaya məruz qalır


Səməd Rəhimli: Azərbaycanda LGBT icması ikiqat diskriminasiyaya məruz qalır
please wait

No media source currently available

0:00 0:05:10 0:00

Səməd Rəhimli: Azərbaycanda LGBT icması ikiqat diskriminasiyaya məruz qalır

Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda LGBT fərdlərinə münasibət və onların hüquqlarının qorunması sahəsindəki problemlərdən danışıb.

Amerikanın Səsi: 17 May - Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günüdür. Bir çox beynəlxalq hesabatlarda Azərbaycanda LGBT fərdlərinin hüquqlarının sistemli şəkildə pozulduğu bildirilir? Siz necə hesab edirsiniz?

Bir tərəfdən cəmiyyətdən əsaslı diskriminasiya, özəl diskriminasiya var, digər tərəfdən də dövlət diskriminasiyaya yol verir

Səməd Rəhimli: Azərbaycanda LGBT icması ilə bağlı problemlər iki mənşəlidir. Birinci cəmiyyətdən irəli gələn ictimai problemlərdir. Biri də dövlətdən və yaxud hüquq mühafizə orqanlarından irəli gələn problemlərdir. Bu baxımdam Azərbaycanda LGBT icmasının ikiqat diskriminasiyaya məruz qaldığını nəzərə ala bilərik. Yəni Azərbaycanda ümumiyyətlə insan hüquqları pozuntuları var. Amma LGBT icmasına münasibətdə bu diskriminasiya ikiqatdır. Çünki bir tərəfdən cəmiyyətdən əsaslı diskriminasiya, özəl diskriminasiya var, digər tərəfdən də dövlət diskriminasiyaya yol verir. Ona görə də beynəlxalq hesabatlardakı mövqeni paylaşıram.

Amerikanın Səsi: Azərbayan qanunvericiliyi LGBT fərdlərinin hüquqlarını müdafiə edirmi? Real durum necədir?

Azərbaycan qanunvericiliyi LGBT icmasının məruz qaldığı spesifik diskriminativ hallarla bağlı xüsusi tənzimlənmələri nəzərdə tutmur.

Səməd Rəhimli: Konstitusiyada ümumi bərabərlik hüququ tanınır. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsini də, ümumi bərabərlik hüququnu tanıyır. Amma Azərbaycan qanunvericiliyi LGBT icmasının məruz qaldığı spesifik diskriminativ hallarla bağlı xüsusi tənzimlənmələri nəzərdə tutmur. Eləcə də hüquq mühafizə orqanları, eləcə də digər dövlət orqanlarının praktikasında bu halların aradan qaldırılması ilə bağlı instruksiyalar, təlimatlar, praktik bələdçilər müəyyən edilməyib. Qanunvericilik ümumi bərabərlik hüququnu nəzərdə tutsa da, Azərbaycan hüquq sistemi ümumi bərabərlik qaydası müəyyən etsə də LGBT icmasına münasibətdə bu ümumi bərabərlik qaydası hər hansı bir spesifik fayda vermir.

Amerikanın Səsi: Son illərdə bəzi LGBT fəalı ya intihar edib, ya da öldürülüb? Ölkənin hüquq müdafiə sisteminin bu kimi hallara yanaşmasını qənaətedici hesab etmək olarmı?

Cəza verilməsini tələb edəndə bu işdə xüsusi nifrət motivini ağırlaşdırıcı hal kimi nəzərə alınmır.

Səməd Rəhimli: Xeyr. Hesab etmək olmaz. Çünki bu işlərin araşdırılması lazımi formada aparılmır. Şəxslərə verilən cəzalar və yaxud da hüquq mühafizə orqanları şəxslərlə bağlı ittiham verəndə və onlara cəza verilməsini tələb edəndə bu işdə xüsusi nifrət motivini ağırlaşdırıcı hal kimi nəzərə almır. Ümumiyyətlə qanunvericilik də bunu nəzərdə tutmur. Hüquq mühafizə orqanları konkret adamöldürmə, yaralama hallarında, sağlamlığa az ağır və ağır zədə vurma hallarında, prokurorluq bunu xuliqanlıq niyyəti ilə törədilmiş hal kimi qəbul edə bilər. Amma bunu da etmirlər. Sadə formada törədilmiş cinayət kimi qəbul edirlər. Bu məsələlərə daha “tolerant” yanaşırlar. Bu baxımdam da hüquq mühafizə orqanlarının bu məsələni araşdırması qənaətbəxş deyil. Bundan da böyük problem hüquq mühafizə orqanlarının preventiv, yəni qabaqlayıcı öhdəlikləri ilə bağlıdır. Qabaqlayıcı öhdəlikləri də yerinə yetirilmir. Şikayətlər edilsə də məsələnin qarşısı qabaqcadan alınmır.

Amerikanın Səsi: LGBT fərdlərinə ictimai firkirdə münasibət necədir? Onların təhsili, işə qəbulu, sosial təminatı ilə bağlı problemlər var?

Əsas problemlərdən biri də odur ki, LGBT icması öz məşğulluğunu, öz qazancını, öz həyatını təmin edə bilmədiyi üçün onların vəziyyəti iqtisadi olaraq da problemlidir.

Səməd Rəhimli: Əmək və məşğulluq sahəsində ciddi problemlər var. Xüsusilə də trans qadın və trans kişilərə münasibətdə, yəni hansı ki, görüntü olaraq da onların gender kimliyi bəlli olduğu üçün onlara münasibətdə daha kəskin diskriminasiya var. Bu cür hallar olub ki, sırf cinsi opriyentasiyası ilə bağlı LGBT icmasına məxsusluğu müəyyən ediləndə həmin şəxslərdən ərizəsini yazıb işdən çıxmaları tələb edilib. Eyni zamanda da işə qəbulda problemlər var. Əsas problemlərdən biri də odur ki, LGBT icması öz məşğulluğunu, öz qazancını, öz həyatını təmin edə bilmədiyi üçün onların vəziyyəti iqtisadi olaraq da problemlidir. Təhsil sahsində də bu hallar olur. Yəni təhsildə tələbə çevrəsi öyrənəndə ki, qrup yoldaşı cinsi oriyentasiyasına görə geydir, lezbiandır və sair, bu halda onlar bullinq (qısnama) olur, çox ağır psixoloji təzyiqlər olur. Bu da problem yaradan məsələdir. Ümumi ictimai rəydə də hamımız bildiyimiz kimi homofobiya halı hakimdir.

Amerikanın Səsi: Onlara qarşı qısnamalar varmı? Cəmiyyətin belə hallara reaksiyası necədir? Onların hüquqlarını qoruyacaq vətəndaş cəmiyyətləri mövcuddurmu?

Azərbaycanda endemik homofobiya var və hendemik transfobiya var.

Səməd Rəhimli: Azərbaycanda endemik homofobiya var və hendemik transfobiya var. Bu o mənaya gəlir ki, Azərbaycanda bu mövcud kulturaya oturuşmuş bir məsələdir, problemdir və asanlıqla aradan qalxmayacaq. Azərbaycanda hal-hazırda vətəndaş cəmiyyətində LGBT icmasının hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüslərin sayı artıb. Amma, ümumi olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti hökumət tərəfindən olunan təzyiqlərə görə, ümum arzu olunan vəziyyətdə olmadığına görə, bu təşəbbüslər də istənilən səviyyədə effektiv olmur.

Qeyd: Azərbaycan hökuməti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, əqidəsinə, cinsi yönümünə görə təqibə məruz qalmadığını bildirir. Rəsmi Bakı bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Odessaya raket zərbəsi endirib, ən azı 20 nəfər həyatını itirib
please wait

No media source currently available

0:00 0:10:27 0:00
XS
SM
MD
LG