Accessibility links

Sinqapur AirAsia təyyarəsinin füzelyajının tapıldığını bildirir


Sinqapurun müdafiə nazirliyi hərbi hava qüvvələrinin gəmisinin keçən ay Yava dənizi üzərində qəzaya uğramış AirAsia təyyarəsinin füzelyajının tapıldığını bildirib.

Müdafiə naziri Ng Eng Hen Facebook sosial şəbəkərinDə verdiyi açıqlamada bildirib ki, təyyarənin axtarışı üçün göndərilən məsafədən idarə olunan cihaz təyyarənin qanadı və üzərində yazı olan füzelyajının təsvirlərini çəkə bilib.

O, İndoneziya rəsmilərinin bərpa əməliyyatlarına başlamaq üçün məlumatlandırıldığını deyib.

AirAsia hava yollarına məxsus təyyarə dekabrın 28-də İndoneziyanın Surabaya şəhərindən Sinqapura iki saat sürəcək uçuşun təxminən yarısını icra etdikdən sonra qəzaya uğrayıb.

Təyyarədə olan bütün 162 sərnişin və ekipaj üzvü həlak olub. Hələlik 48 nəfərin cəsədi aşkar edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG