Accessibility links

Trampın seçki kampaniyasının mübahisəli meneceri kampaniyanı tərk etdi


Respublikaçılar partiyasından prezidentliyə ehtimali namizəd Donald Tramp seçki kampaniyasının mübahisəli meneceri Kori Levandovskini vəzifəsindən azad edib.

“Levandovski artıq kampaniyada fəaliyyət göstərməyəcək,” deyə bazar ertəsi günü Trampın sözçüsü Hop Hiks bildirib. Hiks "özünü kampaniyaya həsr etdiyinə və gərgin çalışdığına" görə Levandovskiyə təşəkkürünü bildirib.

Ötən ilin iyun ayından Trampın seçki kampaniyasında iştirak edən Levandovski siyasi şərhçilər tərəfindən ölkənin bir sıra jurnalistinə mənfi münasibət bəsləyən və Respublikaçılar partiyasının bəzi rəsmiləri ilə gərgin münasibətlərdə olan şəxs kimi qəbul edilirdi.

Levandovski Floridada ilkin seçki kampaniyası zamanı qadın jurnalistlə kobud rəftarda ittiham olunması ilə diqqəti özünə cəlb etmişdi. Bununla yanaşı, Levandovski ilə Trampın seçki kampaniyasının sədri Pol Manafort arasında da gərginlik yaşanmışdı.

Son sorğularda Trampa dəstəyin azaldığı müşahidə edilir. Donald Tramp həmçinin çıxışlarına görə Respublikaçılar partiyasının bir çox üzvü tərəfindən müqavimətlə qarşılaşır.

Respublikaçılar partiyasının ehtimali namizədi olan Tramp İyulun 18-də Ohayo ştatının Klivlend şəhərində partiya qurultayına hazırlıqlar ərəfəsində kampaniyasında başqa dəyişikliklər də edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG