Accessibility links

Ukraynanın şərqində mübahisəli seçkilərdən sonra separatçıların liderinin andiçmə mərasimi olub


Rusiyapərəst üsyançıların lideri Ukraynanın şərqində keçirilən seçkilərin ardınca müstəqil elan etdiyi “xalq respublikası”nın başçısı kimi and içib. Rəsmi Kiyev seçkiləri qeyri-legitim adlandırıb.

Aleksander Zaxarçenkonun "Donetsk Xalq Respublikası"nın baş naziri kimi and içməsi Ukrayna ilə aprel ayından bəri 4 min insanın ölümünə səbəb olmuş münaqişənin daha da gərginləşməsinə səbəb olub.

Ukrayna prezidenti Petro Poroşenko bazar günü keçirilən seçkilərə cavabın verilməsini müəyyən etmək məqsədi ilə təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüş keçirir.

Televiziya vasitəsi ilə yayımlanan çıxışında prezident Poroşenko fars adlandırdığı seçkilərin sentyabrda əldə edilmiş atəşkəsi pozduğunu bildirib.

Cənab Poroşenko eyni zamanda sülh planında üsyançıların nəzarətində olan ərazilərə muxtariyyət verilməsini nəzərdə tutan hissəsləri ləğv edəcəyini deyib.

BMT, ABŞ və Avropa İttifaqı seçkiləri rədd edib və onun nəticələrini tanımayacağını bəyan edib.

XS
SM
MD
LG