Accessibility links

Milli Təhlükəsizlik Nazirliyi İrandan gətirilən 14 kiloqram narkotik maddə tutub


Milli Təhlükəsizlik Nazirliyi İrandan gətirilən 14 kiloqram narkotik maddə tutub
Milli Təhlükəsizlik Nazirliyi İrandan gətirilən 14 kiloqram narkotik maddə tutub

Narkotik qaçaqmalçıları İran və Azərbaycan vətəndaşlarıdır

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə qanunsuz narkotik maddələr daşıyan şəxsləri tutub.
MTN-in İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, ümumilikdə 14 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Xəbərdə deyilir ki, İran vətəndaşı Əli Qəməryan, Azərbaycan vətəndaşları – Azər Hüseynov, Şakir Manafov və digərləri qabaqcadan əlbir olaraq İran ərazisindən külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük nəzarətindən gizli keçirməklə Azərbaycana gətirib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Əli Qəməryan, Azər Hüseynov və Şakir Manafov yaxalanıb, sonuncunun evinin zirzəmisinə keçirilən baxış nəticəsində içərisində 10 kiloqrama yaxın tiryək olan kapron kanistr aşkar edilərək götürülüb.
MTN-in digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Rəşidov Habil Xudaşirin oğlu yaxalanıb. Məlum olub ki, Habil Rəşidov İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətirib.
MTN-in daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı İbadulla Əliyev saxlanıb. Müəyyən edilib ki, İbadulla Əliyev, hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Həmid adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan tiryəki İrandan Azərbaycana gətirib.

İbadulla Əliyev yaxalanıb və baxış zamanı 3 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.
Həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Ayaz İmanov saxlanıb. Müəyyən olunub ki,

Ayaz İmanov İranın Ərdəbil şəhərində olarkən tanışı Cəmşidlə satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilərək gizli yolla İrandan Azərbaycana gətirilməsinə dair razılığa gəlib

Ayaz İmanov Bakıda yaxalanıb və keçirilmiş baxış zamanı ondan 1 kiloqram 217,2 qram heroin aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzuya uyğun

XS
SM
MD
LG