Accessibility links

Eurovision-2012 kontekstində Azərbaycanda demokratiya və insan hüquqları müzakirə edilir


Müzakirələrdə İnsan hüquqları üzrə Avropa Komissarı Tomas Hammerberq də iştirak edəcək.

“Eurovision-2012” müsabiqəsi kontekstində mayın sonlarında Bakıda keçiriləcək bu tədbirin tarixi yaxınlaşdıqca Azərbaycanda insan hüquqları daha çox diqqət çəkir.
Turan Agentliyinin məlumatına görə, bir sıra beynəlxalq təşkilatlar Rights Watch, Article 19, European Stability Initiative, Open Society Foundations and Index on Censorship martın 29-da “Azərbaycana Avro-baxış: demokratiya və insan hüquqlarının perspektivləri” mövzusunda debat təşkil edir.
Brüsseldə keçiriləcək müzakirələrdə Xədicə İsmayılova, Human Rights House-un Azərbaycan üzrə direktoru Vüqar Qocayev, bloger və sosial media fəalı Pərvanə Persiani iştirak edəcək.
Apreldə Stokholmda da “Eurovision mahnı konteksti: Azərbaycanda insan hüquqları sahəsində vəziyyət” (Eurovision Song Contest: Situation on Human Rights in Azerbaijan) mövzusunda dinləmələr keçiriləcək. Tədbirdə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva iştirak edəcək.
Müzakirələrdə İnsan hüquqları üzrə Avropa Komissarı Tomas Hammerberq də iştirak edəcək.

XS
SM
MD
LG