Accessibility links

İntiqam Əliyevin şikayəti təmin edilməyib


İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

Oktyabrın 29-daBakı Apellyasiya məhkəməsi “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri İntiqam Əliyevin həbs müddətinin uzadılması və ya vəkillərin onun barəsində ev dustaqlığı, girov müqabilində azad olunması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Vəkil Cavad Cavadovun Facebook profilində yazıb ki, apellyasiya birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, apellyasiya şikayəti təmin olunmayıb.

Hüquq müdafiəçisi İntiqam Əliyev isə səhhəti ilə bağlı məhkəmədə iştirak etməyib. Səhhəti ilə bağlı isə ətraflı məlumat almaq mümkün olmayıb.

Ötən həftə Nəsimi rayon Məhkəməsində prokurorluğun “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb.

Məhkəmə İntiqam Əliyev barəsində həbs qətimkan tədbirini üç ay - 8 fevral 2015-ci il tarixə qədər uzadıb.

İntiqam Əliyev avqustun 8-də vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamları ilə həbs edilib.

Əliyev ittihamları təkzib edir və onları siyasi motivli hesab edir.

Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG