Accessibility links

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana 32,8 kq narkotik keçirmək cəhdlərinin qarşısını alıb. Ümumilikdə 9 nəfər saxlanılıb.

MTN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Azərbaycan vətəndaşı Qabil Abbasov saxlanılıb, avtomobilinin baqaj yerində 220 qram heroin, 1 kq 700 qram tiryək, 4 kq 337 q həşiş və 7 kq 300 q marixuana aşkar edilib.

Başqa bir əməliyyat nəticəsində yenə Azərbaycan vətəndaşları Əlikram Ağayev, Tahir Əhmədov, Ümid Nuriyev saxlanılıb. Onlardan 9 kq 900 qram tiryək götürülüb.

Saxlanılan Etibar Əsədov, Toğrul Həsənov, Anar Əliyev və Anar Nəcəfovdan 4 kq tiryək və 3 kq qurudulmuş marixuana götürülüb.

Daha bir saxlanılmış şəxs – Vurğun Məlikovdan 1 kq 500 qr tiryək götürülüb.

Faktlarla bağlı cinayət işləri açılıb, yuxarıda adı çəkilən barəsində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG