Accessibility links

İrandakı repressiyalara qarşı beynəlxalq konsensus güclənir


İrandakı repressiyalara qarşı beynəlxalq konsensus güclənir
İrandakı repressiyalara qarşı beynəlxalq konsensus güclənir

Həlledici səsvermədə BMT Baş Assambleyası İran İslam Respublikasında baş verən hüquq pozuntularını pisləyib.

İranın BMT-dəki səfiri Məhəmməd Xazei səsverməni pozmağa çalışsa da buna nail ola bilməyib. Kanadanın sponsorluq etdiyi qətnamə 89:30 nisbətində qəbul olunub. 64 dövlət bitərəf qalıb. İndiyədək İrandakı durumu pisləyən doqquz qətnamə arasında son qətnaməyə ən çox dövlət səs verib.

Qətnamədə İranda baş vermiş hüquq pozuntuları hallarına geniş qaydada istinad olunur. Sənəddə “konkret tərifi olmayan cinayətlərə görə beynəlxalq hüquq normalarının mövcud olmadığı” bir şəraitdə” İranda tez-tez edam cəzalarının icra olunduğu bildirilir. Qətnamə habelə saxlanma zamanı işgəncə və qəddar rəftar; hüquq müdafiəçilərinin hədəf alındığı; qadınlara qarşı geniş yayılmış zorakılıqlar; toplaşma azadlığının sistematik və ciddi şəkildə məhdudlaşdırıldığı; düşüncə, vicdan və din azadlıqlarının sistematik və ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Baş Assambleyanın qətnaməni qəbul etməsini alqışlayıb.

“Qətnaməyə rekord 89 ölkənin səs verməsi göstərir ki, İran rejiminin artan repressiyaları və törətdiyi insan haqları pozuntularına qarşı beynəlxalq konsensus meydana çıxmaqdadır.”

“Tehran özünün təkrar bəyanatları ilə BMT-nin sənədləşdirdiyi insan haqları sahəsindəki mənfi göstəricilərini danmağa çalışsa da beynəlxalq qurumlar, o cümlədən 2011-ci ildə BMT İnsan Haqları Şurasının İranda insan haqlarına nəzarət etməyi həvalə etdiyi Xüsusi Hesabatçı ölkədə baş almış işgəncələr, ifadə və din azadlıqlarının boğulması hallarını və rejimə qarşı çıxış etməyə cürət edən adamların həbslərini diqqətə çatdırmaqda davam edir,” deyə Viktoriya Nuland bildirib.

XS
SM
MD
LG