Accessibility links

“Biz Kremlin layihəsi deyilik!”... “İlk növbədə Kremlin layihəsi İlham Əliyev hökumətidir. Onların çox sıx əlaqələri var”, "... sədrlik yükünü üzərimə götürəcəm və geri çəkilməyəcəm"

Ziyalılar Forumunun həmsədri Rüstəm İbrahimbəyov Turan agentliyinə müsahibə verib. Müsahibədə Milli Şuranın yaranması, prezidentliyə vahid namizəd, Milli Şuranın qarşısında duran vəzifələr, Rusiya ilə münasibətlər, qərbin dəstəyi məsələlərinə toxunulur.


Mən Leyla Yunusa və mənim Azərbaycanda prezident seçkilərində demokratik qüvvələrin vahid namizədi olmalı olduğumu hesab edən hər kəsə təşəkkür edirəm”, bu barədə məşhur dramaturq, Ziyalılar Forumunun həmsədri Rüstəm İbrahimbəyov bildirib.

O qeyd edib ki, uzun müddət Ziyalılar Forumundakı həmkarlarının əsas vəzifəsini
Milli Şuranın formalaşdırılması siyasətdə fəal şəkildə iştirak etməyi tələb etdi.
vətəndaş cəmiyyətini dəstəkləmək, siyasi həyata müdaxilə etmədən təsirli ictimai rəy formalaşdırmaq olduğunu hesab edirdi. Lakin müxtəlif səbəblərdən hadisələr fərqli inkişaf etdi və Milli Şuranın formalaşdırılması siyasətdə fəal şəkildə iştirak etməyi tələb etdi.

“Şadam ki, çoxsaylı daxili fikir ayrılıqlarını aradan qaldırmaq və demokratik qüvvələrin geniş ictimaiyyət kütlələrini təmsil edən kifayət qədər nüfuzlu koalisiya yaratmaq mümkün olub. Həmçinin bilirəm ki, Milli Şuranın ayrı-ayrı üzvlərinə artıq təzyiq başlayıb və bu proses davam edəcək. Hakimiyyət əmin idi ki, ideya uğursuzluğa düçar olacaq, ona görə onlar özlərini itiriblər və ənənəvi metodları ilə hərəkət edəcəklər”, deyə İbrahimbəyov bildirib.

Milli Şuranın ayrı-ayrı üzvlərinə artıq təzyiq başlayıb və bu proses davam edəcək.
Milli Şuranın qarşıda duran vəzifələrinə toxunan dramaturq bildirib ki, ilk növbədə protokol məsələləri – Nizamnamənin, fəaliyyət planının qəbul edilməsi, MŞ üzvlərinin məqsəd və vəzifələri əks etdirən bəyanatının qəbul edilməsi məsələləri həll olunacaq.

“Namizədliyimin irəli sürülməsi mənim üçün gözlənilməz haldır. Bu rol üçün tamamilə hazır olan ən az 2-3 nəfər tanıyıram. Doğrudur, bəziləri mənim Vaqif Hüseynovu və xaricdən başqa kimi isə nəzərdə tutduğumu hesab edib. Amma bütün bunlar cəfəngiyatdır və mən bizim aramızda olan, Milli Şuranın yaradılmasında iştirak edən şəxsləri nəzərdə tuturdum və onların namizədliyini
Onların namizədliyini irəli sürəcəyəm, amma əksəriyyət mənə səs versə, bu yükü üzərimə götürəcəm və geri çəkilməyəcəm.
irəli sürəcəyəm, amma əksəriyyət mənə səs versə, bu yükü üzərimə götürəcəm və geri çəkilməyəcəm”, deyə dramaturq qeyd edib.

Azərbaycanın hökumətyönümlü mətbuatının Milli Şuranın Kremlin layihəsi olduğu haqqında ittihamlarını şərh etmək xahişinə cavabda İbrahimbəyov bildirib ki, dəfələrlə bunu təkzib edib.

“İlk növbədə Kremlin layihəsi İlham Əliyev hökumətidir. Onların çox sıx əlaqələri var, rəsmi Bakı dəfələrlə bəyan edir ki, Rusiya bizim strateji tərəfdaşımızdır.

Vaxtilə məhz Kreml Heydər Əliyevin xahişi ilə hazırki prezidentin hakimiyyətə gəlməsinə kömək edib
Vaxtilə məhz Kreml Heydər Əliyevin xahişi ilə hazırki prezidentin hakimiyyətə gəlməsinə kömək edib. Buna görə Rusiyanın Azərbaycanda hər-hansı demokratik dəyişikliklər istədiyini hesab etmək olmaz. Buna görə biz Rusiyadan, Amerikadan, Avropadan, Türkiyədən və başqalarından demokratik başlanğıclarımızı dəstəkləməyi xahiş edəcəyik”, deyən dramaturq əlavə edib ki, Moskva tərəfindən anlayışla qarşılanacağına inanmır.

“Çünki bütün əvvəlki saxta seçkilər ilk növbədə məhz Rusiya tərəfindən tanınıb”, deyə dramaturq qeyd edib.

“Hakimiyyət 2005-ci ildə tətbiq etdiyi təxribatı təkrar edir. Həmin vaxt bir qrup şəxsi Amerika ilə əməkdaşlıqda ittiham ediblər və dövlət çevrilişi hazırlamaq ittihamı
“Hakimiyyət 2005-ci ildə tətbiq etdiyi təxribatı təkrar edir
ilə həbs ediblər, indi isə elə həmin sxemdən istifadə etmək, amma rəqibləri Rusiyaya işləməkdə ittiham etmək istəyirlər. Hakimiyyətin bu fikrinin məqsədi ən qabaqcıl insanları ideoloji, bəlkə də həm də fiziki cəhətdən zərərsizləşdirməkdir”, deyə İbrahimbəyov bildirib.

O, özünü müstəqil adlandıran Azərbaycan mətbuatının hakimiyyətin bu təxribatına təslim olmasından və özünə bu sualları verməməsindən təəccübünü bildirib:

Rusiya belə pisdirsə, niyə Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının görüşləri keçirilir, tez-tez Rusiya məmurları və xadimləri gəlir, niyə Bakı rəsmiləri Moskvada və digər şəhərlərdə bir çamadan pulla gəzir və rus məmurlarının rəğbətini qazanmağa çalışır?

Milli Şura daxili tələbatdır.
“Milli Şura daxili tələbatdır. Buna görə jurnalistləri birdən-birə ortaya çıxmayan, illərdir yetişən bu ideyanı dəstəkləməyə çağırıram”, deyə İbrahimbəyov bildirib.

Milli Şura Milyarderlər İttifaqından (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) pul alır? Bu suala Rüstəm İbrahimbəyov qəti “yox” cavabı verib.

“Bizim bir qəpiyimiz yoxdur. İndi Milli Şuranın işləri üçün xaricə şəxsi pulumla gedəcəyəm”, deyə o qeyd edib.

Rusiya Azərbaycan Təşkilatları İttifaqına gəlincə, bu təşkilat Rusiyada azərbaycanlıların problemlərinin həlli üçün yaradılıb.

Onlar (Milyarderlər İttifaqının üzvləri-red) siyasətdən od kimi qorxur.
“Bu, öz biznesi ilə məşğul olan insanlardır. Onlar Azərbaycan prezidentinə çox yaxındırlar və kimsə nə vaxtsa onunla birgə bizneslə məşğul olub, kimsə onun qohumudur. Buna görə onların Milli Şuraya pul verməsi fikri sadəcə cəfəngdir. Onlar siyasətdən od kimi qorxurlar və belə məsələlərdən uzaq dururlar”, deyə İbrahimbəyov bildirib.

Vahid namizəd vəzifələrini necə ifadə edərdiniz? – sualına cavabda İbrahimbəyov deyib ki, mürəkkəb məsələləri həll etmək lazım gələcək, çünki hakimiyyət öz rəqibini məhv etmək üçün bütün metodlardan istifadə edir.

Buna görə vahid namizədin taleyi çox ağır olacaq.
“Onlar hər şeyə əl atacaqlar: narkotik atmaq, böhtan və təhqir, həbs və qətl. Buna görə vahid namizədin taleyi çox ağır olacaq. Onun vəzifələrinə gəlincə, ilk növbədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Hakimiyyətin seçkiləri saxtalaşdıracağı ilə bağlı şübhələr azdır, çünki inanıram ki, xalqımız demokratik qüvvələrin vahid namizədinə səs verəcək. Həmin vaxt beynəlxalq demokratik ictimaiyyətin mövqeyi əhəmiyyətli olacaq, onlar seçkilərin qeyri-legitim olduğunu bildirməlidir. Əlbəttə ki, əsas sözü xalqımız deməlidir.

Biz qalib gəlsək, vahid namizəd zəruri siyasi islahatlara başlamalı:
Biz qalib gəlsək, vahid namizəd zəruri siyasi islahatlara başlamalıdır.
Konstitusiyaya dəyişikliklər etməli, yeni parlament seçkiləri keçirməli və s. olacaq, bundan sonra yeni prezident seçkiləri elan edəcək”, deyə İbrahimbəyov qeyd edib.

Bakıya nə vaxt qayıdacağı haqqında suala cavabda dramaturq bildirib ki, Milli Şuranın ilk iclasından dərhal sonra o, müxtəlif ölkələrin demokratik dairələrinin nümayəndələri ilə görüşmək və onları Milli Şura və Azərbaycandakı proseslər haqqında məlumatlandırmaq üçün xarici turneyə çıxacaq.

“Bütün bunlara 15 gün gedəcək, bundan sonra mən Bakıya qayıdacağam”, deyə Rüstəm İbrahimbəyov bildirib.

Show comments

XS
SM
MD
LG