Accessibility links

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi bildirilir


Nikol Paşinyan, İlham Əliyev və  Şarl Mişel
Nikol Paşinyan, İlham Əliyev və  Şarl Mişel

Avqustun 31-də Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq.

Bu barədə media Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bununla yanaşı Azərbaycan tərəfi görüşlə bağlı yayılan bu məlumata hələ münasibət bildirməyib.

Avropa İttifaqının prezidenti Şarlz Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəkləyini bildirib.

Şarl Mişelin görüş barədə məlumatından sonra, avqustun 19-da Brüsseldə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bundan öncə, Avropa İttifaqının rəhbərinin vasitəçiliyi ilə iki ölkə liderim arasında üç görüş keçirilib. Hər iki tərəf görüşlərin nəticələrini müsbət qiymətləndirib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən sonra mətbuat üçün bəyanatında bildirib ki, müzakirə səmimi və məhsuldar keçdi.

“Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq", o bildirib.

Bu formatda bundan əvvəl aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Avqustun 30-da iki ölkənin delimitasiya komissiyalarının görüşünün olacağı bildirilir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG