Accessibility links

Azərbaycanın ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbçisini azad etdiyi bildirilir


Hərbi əsir (Arxiv foto)
Hərbi əsir (Arxiv foto)

Oktyabrın 4-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın 17 erməni hərbçisini azad etdiyini bildirib.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib ki, erməni əsirlərin azad edilməsi Amerika tərəfinin vasitəçiliyi ilə baş tutub.

Ermənistan Müdafiə Nazirliyi azad edilən hərbçilərin adlarını da sadalayıb.

Bununla yanaşı Azərbaycan tərəfi hələ bu məlumata münasibət bildirməyib.

Bundan əvvəl də Azərbaycan bir neçə dəfə saxlanılan erməni hərbçilərini geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib və Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG