Accessibility links

Azərbaycan-Ermənistan sərhədində son döyüşlərdə Azərbaycanın 79 hərbçisi həlak olub, 282 hərbçisi yaralanıb


Hərbi dəbilqə
Hərbi dəbilqə

Azərbaycan-Ermənistan sərhədində son döyüşlər zamanı Azərbaycanın daha 2 hərbçisnin həlak olduğu bildirilir. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbçilərinin sayı 79 nəfərə yüksəlib.

Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr tarixində “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir,” nazirlik bildirir.

Eyni zamanda Azərbaycan tərəfindən 2 mülki şəxsin də yaralandığı bildirilir. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da hökumətin iclasında ölkənin 135 hərbçisinin həlak olduğunu deyib. Onun sözlərinə görə, bu son deyil, çoxsaylı yaralılar var.

Azərbaycan tərəfi isə sentyabrın 13-də yüzədək erməni hərbçisinin cəsədini birtərəfli qaydada Ermənistana verməyə hazır olduğunu bəyan edib.

Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Asmik Samvelyan bildirib ki, son döyüşlər zamanı 10-dan çox erməni hərbçisi Azərbaycan tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi isə hərbi əməliyyatları zamanı erməni hərbçilərin əsir düşməsi haqda məlumat yaymayıb.

Sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ-ın Dövlət katibi Antoni Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Hazırda atəşkəs rejimi davam etdirilir. Tərəflər sərhəddə atışmaların qeydə alınmadığını bildirir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG