Accessibility links

Azərbaycan 32 erməni hərbçisinin cəsədini Ermənistana verib


Azərbaycan-Ermənistan sərhədi
Azərbaycan-Ermənistan sərhədi

Sentyabrın 17-də Azərbaycan Ermənistanın 32 hərbçisinin cəsədini qarşı tərəfə təhvil verib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, hərbi əməliyyatlardan sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun cəsədinə Azərbaycanın Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

"Sentyabrın 17-də həmin cəsədlər qarşı tərəfə təhvil verilib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir" , Dövlət Komissiyası bildirir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 14-də 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib.

Rəsmi məlumatlara görə, Azərbaycan-Ermənistan sərhədində son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sentyabrın 16-da hökumətin iclasında bu ölkənin 135 hərbçisnin həlak olduğunu deyib. Onun sözlərinə görə, bu son deyil, çoxsaylı yaralı var.

Mövzuya uyğun

XS
SM
MD
LG