Accessibility links

Həbsdə olan ilahiyyatçının yaxınları etiraz aksiyası keçirib


Həbsdə olan ilahiyyatçının yaxınları etiraz aksiyası keçirib
Həbsdə olan ilahiyyatçının yaxınları etiraz aksiyası keçirib

Mayın 23-də həbsdə olan “Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin yaxınları Prezident Administrasiyasının binasının qarşısında etiraz aksiyası keçirib.

Yaxınları bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Ruhulla Novruzzadəni evdən aparıblar.

“Qardaşımın polis bölməsində qarşısına narkotik qoyub deyiblər ki, “tanış ol, bu sənin cibindən çıxıb”. Qardaşımın üstündə narkotik var idisə elə evdə qoyub gedərdi, niyə polis bölməsinə cibində narkotiklə getsin?” Zəhra Süleymanova qeyd edib.

İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.

Yaxınları bildirib ki, Ruhullah Novruzzadə azadlığa çıxana kimi hər gün onun haqqını tələb edəcəklər.

Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.

Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlanırlan yüzdən çox inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG