Accessibility links

Türk dövlətlərinin dəmir yolu bağlantıları mövzusunda beynəlxalq forum keçiriləcək


Türk Dövlətləri Təşkilatı (Mənbə: TDT)
Türk Dövlətləri Təşkilatı (Mənbə: TDT)

Türk Dövlətləri Təşkilatı (TDT) "Türk dövlətlərinin dəmir yolu bağlantıları: Fərqanə vadisi – Anadolu” mövzusunda beynəlxalq forum keçirəcək. Beynəlxalq forum aprelin 27-də Özbəkistanın Fərqanə şəhərində təşkil olunacaq.

Türk Dövlətləri Təşkilatı bildirir ki, forumun məqsədi dəmir yolu administrasiyalarını, öz yük terminallarına malik iri logistik mərkəzləri, eləcə də aparıcı ixracatçıları və istehsalçıları bir araya gətirərək Qırğızıstanın da bir neçə regionunu əhatə edən Fərqanə vadisi ilə dəmir yolu nəqliyyatı əlaqəsi imkanlarını müzakirə etmək və öz perspektivlərini bölüşməkdir.

"Özbəkistan və Anadolu multimodal daşımalar üçün daha çox həcmlərin cəlb edilməsinə diqqət yetirir. Forumda türk dövlətləri və üçüncü ölkələrin aparıcı logistika şirkətlərinin də iştirak edəcəyi gözlənilir", məlumatda qeyd edilir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə maraq artıb. Bu dəhliz vasitəsi yükdaşımaların həcmi sürətlə artmaqdadır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton olub.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Mövzuya uyğun

XS
SM
MD
LG