Accessibility links

Azərbaycanı Avroviziyada təmsil edən Tural və Turan qardaşları Liverpulda görüşlər keçirir


Azərbaycanı bu il Avroviziya mahnı müsaqibəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşları (Foto mənbə - Eurovision)
Azərbaycanı bu il Avroviziya mahnı müsaqibəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşları (Foto mənbə - Eurovision)

Azərbaycanı bu il Avroviziyada təmsil edəcək Tural və Turan əkiz qardaşları - TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində görüşlər keçirib.

İctimai Televiziyanın məlumatına görə TuralTuranX Liverpulda Avroviziya fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər.

Bundan başqa, Azərbaycanın təmsilçiləri mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər.

Onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar.

Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

“Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

XS
SM
MD
LG