Accessibility links

Amerika və Azərbaycan Əfqanıstana köməklə bağlı öhdəliklərini təsdiq edib


Amerika və Azərbaycan strateji tərəfdaşlığı dərinləşdirir. Terrorizmlə mübarizə, enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

ABŞ müdafiə nazirinin müavinin Hərbi Siyasi Məsələlər üzrə birinci müavini Ketlin Hiks yanvarın 17-də Azərbaycanda səfərdə olub.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfərin məqsədi ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığı dərinləşdirməkdir.

Azərbaycan prezidenti İlham Əliyev və xanım Hiks təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr, o cümlədən, terrorizmlə mübarizə üzrə əməkdaşlıq, enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, hava yolu ilə yük daşımalar və dəniz yolu ilə nəqliyyat əməliyyatları haqqında müzakirələr aparıblar.

Xanım Hiks Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinin apardıqları əməliyyatlara dəstəyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib. Hər iki tərəf 2014-cü ildə Əfqanıstandakı qüvvələrin çıxarılmasından sonra Əfqanıstana edəcəkləri köməklə bağlı öhdəliklərini təsdiq edib.

Xanım Hiks bundan başqa Azərbaycan Müdafiə, Xarici İşlər və Milli Təhlükəsizlik nazirləri ilə görüşüb və ABŞ-Azərbaycan əməkdaşlığını gələcəkdə gücləndirmək üçün təşəbbüsləri müzakirə edib.

Pentaqon rəsmisi həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yeni və ən müasir tələblərə cavab verən yük daşıma fəaliyyətləri və avadanlıqları ilə tanış olub.
XS
SM
MD
LG