Accessibility links

Ərdoğan ABŞ-ın Kobanidə hava yardımını tənqid edib


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Birləşmiş Ştatların Suriyada kürd döyüşçülərinə havadan hərbi yardım göstərməsini yanlış addım adlandırıb. Hərbi ləzavimatın bir hissəsinin Tükriyə sərhədi yaxınlığında yerləşən Kobaninin İslam Dövləti qrupunun nəzarərinə keçməməsi uğrunda döyüşən kürd döyüşçülər deyil, radikal militantların əlinə keçdiyi haqda məlumat verilir.

Türkiyə lideri Ankarada mətbuat konfransı zamanı Amerikanın hava yardımını tənqid edərək, “C130 tipli təyyarələrdən atılmış bəzi silahlar İŞİD tərəfindən ələ keçirilib” deyib.

"Bu, qəbuledilməzdir. Bunun daha ağıllı və qarantiya edilmiş yolu var"-Rəcəp Tayyib Ərdoğan

“İndi kimin və necə dəstəkləndiyi aydın olur. “Xeyr, onlar bunun hamısını deyil, yalnız bir hissəsini ələ keçirib” demək nə dərəcədə məntiqə uyğundur? Bu, qəbuledilməzdir. Bunun daha ağıllı və qarantiya edilmiş yolu var. Belə bir həssas məsələyə gələndə, sadəcə bu yardımı havadan atmaq kimi addım ata bilməzsiniz”-deyə cənab Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin Kobaninin Birləşmiş Ştatlar üçün nə üçün bu qədər strateji əhəmiyyəti olduğunu başa düşmədiyini deyib. Onun sözlərinə görə, şəhərdə mülki əhali qalmayıb, orada təxminən iki min döyüşçü var.

Cənab Ərdoğanın sözlərinə görə, İslam Dövləti yaraqlıları ilə döyüşən Suriya kürdlərinə hər hansı bir yardım Türkiyədə müstəqillik uğrunda on illərlə müharibə aparan fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası PKK-ya dəstək kimi qiymətləndirilir.

Türkiyə lideri ölkəsinin İraq kürdlərinin peşmərgə qüvvələrnin Türkiyə ərazisindən keçərək Suriyada yaraqlılara qarşı döyüşlərə qatılmasına imkan verəcəyini deyib. İraq kürdlərinin regional hökuməri öz döyüşçülərini Kobaniyə yerləşdirmək niyyətində olduğunu bildirib, lakin cənab Ərdoğan onların Türkiyə ərasizindən keçməsinin detallarının razılaşdırılmadığını deyib.

Kontr-admiral Con Körbi
Kontr-admiral Con Körbi

ABŞ-ın Müdafiə nazirliyi Kobani ərazisində İslam Dövləti qrupunun yaraqlıları ilə döyüşən kürdlər üçün nəzərdə tutulmuş hərbi sursat və tibbi ləvazimatla dolu 28 yükdən birinin militantların əlinə keçib-keçmədiyini araşdırır.

İslam Dövləti yaraqlılarının tərəfdarı olan media qrupunun yerləşdirdiyi videoda maskalı döyüşçülərin əl qumbaraları və hərbi sursatı təftiş etdiyi göstərilir. Suriya fəalları isə militantların yüklərdən azı birinin onların əlinə keçdiyi haqda məlumat verib.

ABŞ-ın Mərkəzi Komandanlığı bazar ertəsi günü hava hücumları nəticəsində militantların hərbi təchizat bazasının məhv edildiyini bildirib. Lakin videoda həmin silahların göstərilib-göstərilmədiyi aydın deyil.

ABŞ-ın Müdafiə naziriyinin Kobanidə vəziyyətin hələ də gərgin olduğunu bildirib. Pentaqon sözçüsü kontr-admiral Con Körbi Kobanidə vəziyyətin gərgin olaraq qaldığını təsdiq edib və kürd döyüşçülər şəhərin böyük hissəsinə nəzarəti əlində saxlamağa çalışdığını deyib.

"Biz kürd döyüşçülərinə Kobani və onun ətrafında İŞİD-ə qarşı döyüşməyə kömək etmək məqsədilə hədəflərə zərbələr endirməyə davam edirik”kontr-admiral Con Körbi

“İŞİD qüvvələri təhlükə yaratmağa davam edir. Gördüyünüz kimi gecə daha artıq hava hücui keçirilib. Biz kürd döyüşçülərinə Kobani və onun ətrafında İŞİD-ə qarşı döyüşməyə kömək etmək məqsədilə hədəflərə zərbələr endirməyə davam edirik”-deyə kontr-admiral Körbi bildirib.

Lakin o, eyni zamanda Kobaninin İslam Dövləti qrupunun nəzarətinə keçə bilməsi təhlükəsinin qaldığını təkrar edib. Kontr-admiral Körbinin sözlərinə görə, militantlar hələ də güclü olarq qalır, lakin son günlər irəliləməyə nail ola bilməyiblər. O deyib ki, kürd döyüşçülər hava hücumlarının köməyi ilə İslam Dövləti qrupunun yaraqlılarının irəliləməsinin qarşısını ala bilib. Kontr-admiral Körbinin bildirdiyinə görə, Kobanidə uğur mühümdür, çünki şəhər İŞİD militantları üçün əhəmiyyət daşıyır.

Koalisiyanın hava hücumları nəticəsində İraqın şimalında Bacii şəhəri yaxınlığında İslam Dövləti qrupunun 25 yaraqlısının öldürüldüyü bildirilir. Bu haqda məlumatı şəhər sakinləri Röyters agentliyinə verib. Röyters İraq ordusunda mənbəyə əsasən, İraq hərbi qüvvələrinin tankaları və zirehli texnikasının Bağdaddan qərbdə yerşəşən Amiriyyə Fəllucə şəhərində İslam Dövləti qrupunun hücumunu dəf etdiyi haqda məlumat verib.

XS
SM
MD
LG