Accessibility links

Əvəz Zeynallı: Hakimlər artıq təbəssümlərini də saxtalaşdırıblar


Əvəz Zeynallı
Əvəz Zeynallı

9 il həbsə məhkum edilmiş baş redaktor hakimlərə açıq məktub ünvanlayıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxmış hakimlərə açıq məktub yazıb. Məlumatı “Media forum” saytına Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı verib.

O bildirib ki, məktub hakim Ramella Allahverdiyevaya göndərilib:

“Əvəz Zeynallı bu məktubda ədalət mühakiməsi sahəsindəki problemləri və hakimlərin insani, vicdani və mənəvi keyfiyyətlərdən uzaqlaşdıqlarını qeyd edib. O yazıb ki, hakimlər artıq təbəssümlərini də saxtalaşdırıblar”.

Məlahət Zeynallı məktubun tezliklə ölkə mətbuatına çıxarılacağını bildirib. Bundan başqa, o, Əvəz Zeynallının məhkəməyə verdiyi 103 səhifəlik ifadənin çapa hazırlandığını qeyd edib.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada, vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada təqsirli bilinib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG