Accessibility links

Mailə Tağı: Rafiqi zəhərlə öldürdülər [Video-Müsahibə]


Mailə Tağı: Rafiqi zəhərlə öldürdülər
please wait

No media source currently available

0:00 0:10:55 0:00

Mailə Tağı: Rafiqi zəhərlə öldürdülər

Bu gün 2011-ci ildə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının 63 yaşı tamam olur. Tağının həyat yoldaşı Mali Tağı Amerikanın Səsinə müsahibəsində istintaq orqanı kəskin tənqid edib və qətldə hökumət strukturlarından şübhələndiyini bildirib

Avqustun 5-də 2011-ci ilin noyabrında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının 63 yaşı tamam olur. Bu gün onun ad günüdür.

Amma, cənab Tağının ailəsində dərin kədər hökm sürür. Rafiq Tağının həyat yoldaşı Mailə Tağı Amerikanın Səsinə müsahibəsində istintaq orqanını kəskin tənqid edib. İndiyədək publisistin qətli ilə bağlı heç kim məsuliyyətə cəlb edilməyib. Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Onun sözlərinə görə, istintaqın gedişi ilə bağlı ailəyə hər hansı məlumat verilmir.

“Faktiki hazırda istintaq dayanıb”, o qeyd edib.

M.Tağı həyat yoldaşının qətlini siyasi adlandırıb və deyib ki, istintaqın belə ləng aparılması qətldə siyasi əl olduğunu göstərir.


Müsahibədən seçmələr:
Yoldaşımın qatilinin tapılmaması məndə dövlətin əlinin olması şübhəsi yaradır.

- Yoldaşımın qatilinin tapılmaması məndə dövlətin əlinin olması şübhəsi yaradır. Mənim ən çox şübhələndiyim siyasi qətl olmasıdır;

-Ailəmizin hökumətə və dövlət başçısına müraciətlərinə cavab verilməyib;

- Mən güman etmirəm ki, Rafiq Tağını iranlı ayətullalar qətlə yetirib. Rafiqi bizim öz içimizdən olanlar öldürüb;

- Bəlkə indiki iqtidar hakimiyyətdən gedəndən sonra yoldaşımın qatili tapılar. Bu hakimiyyətin dövründə qətlin açılacağına inanmıram;

- Mən prezidentdən xahiş edərdim ki, yoldaşımın qatili tezliklə tapılsın;

Mailə Tağı qızı ilə
Mailə Tağı qızı ilə
- Ailəmizə hər hansı yardım edilmir. Oğlum əsgərlikdən gəlib işsizdir. Qızıma cəmi 170 manat pensiya kəsilib. O da qızımın gələn il - 18 yaşı tamam olan kimi kəsiləcək. Ailədə heç kim işləmir. Prezidentdən xahiş edirəm pensiya mənim adıma təyin edilsin. Oğluma iş verilsin, ailəmizi bir təhər dolandıraq;

- Rafiqi öldürən həkimlə bağlı istintaq orqanı tədbir görməlidir. O deyir ki, bizim ailə Rafiqə küftə-bozbaş verib öldürüb;

- Rafiqə son iynə vurulandan sonra onun halı dəyişib. Tibb bacısı iynə vurandan 10 dəqiqə sonra Rafiq rəhmətə gedib. İynə də xüsusi otaqdan hazır vəziyyətdə gətirilib. Hesab edirəm ki, Rafiqi zəhərləyib öldürüblər. Çünki iynə vurulandan sonra o qidanı qaytarmağa başlayıb və 10 dəqiqə sonra vəfat edib;

- Belə də yazın, onu zəhərlə öldürdülər.

Öz növbəsində Baş Prokurorluğun mətbuat xidməti Rafiq Tağının ölümü ilə bağlı təxirəsalınmaz istintaq tədbirlərinin intensiv şəkildə davam etdirildiyini dəfələrlə bildirib. Ancaq qətlin motivləri, sifarişçi və qatillə bağlı məlumat verilmir.

Mövzuya uyğun

XS
SM
MD
LG