Accessibility links

Suriyada daha 5 azərbaycanlı öldürülüb


Suriyada döyüşən azərbaycanlılar
Suriyada döyüşən azərbaycanlılar

Son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adı və fotoları yayılıb

Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.

APA agentliyinin məlumatına görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.

Son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adı və fotoları sosial şəbəkələrdə yayılıb.

Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb.

Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.
XS
SM
MD
LG