Accessibility links

Səfir: Yanukoviç Azərbaycanda olmayıb


Aleksandr Mişenko
Aleksandr Mişenko

Ukraynanın Azərbaycandakı səfiri Azərbaycanla münasibətlərin prioritet xarakter daşıdığını bildirib

Ukraynada kimin hakimiyyətdə olmasına baxmayaraq, Azərbaycanla münasibətlər prioritet xarakter daşıyacaq. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bu gün keçirdiyi mətbuat konfransında Kiyevdə hakimiyyət dəyişikliyi ilə əlaqədar ikitərəfli münasibətlərə dair sualın cavabında deyib.

“Hələ SSRİ vaxtından Azərbaycanla münasibətlər hər zaman hamar və dost münasibətləri olub. Kiyevdə heç bir qüvvə Azərbaycana qarşı çıxmır”. A.Mişenko qeyd edib ki, Ukraynada vəziyyət kəskinləşən zaman rəsmi Bakı ölçülüb-biçilmiş mövqe tutub, düşünüb ki, Ukrayna xalqı özü vəziyyətdən çıxış yolu tapacaq.

Viktor Yanukoviçin Azərbaycana gəlməsi barədə məlumatların şərhi ilə bağlı xahişin cavabında səfir deyib ki, bu məlumatlar əsassızdır. O, Ukrayna hüquq-mühafizə orqanlarından bu haqda bir şey eşitməyib. “Mən bu barədə eşitməmişəm. Belə siqnal daxil olmayıb”, - o vurğulayıb.

Səfir əlavə edib ki, V.Yanukoviç beynəlxalq axtarışdadır və bu istiqamətdə müvafiq işlər görülür.

Mişenko deyib ki, Ukraynanın xarici siyasi prioriteti Avrointeqrasiya olacaq, ölkənin ərazi bütövlüyü isə müzakirə predmeti ola bilməz.

Son illər Ukrayna cəmiyyətində Avrointeqrasiya tərəfdarlarının sayı artıb, əhalinin əksəriyyəti Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasına tərəfdardır. Lakin gözlənilmədən hökumətin bundan imtina etməsi vəziyyəti 180 dərəcə dəyişib və xalqın narazılığına səbəb olub.

“Viktor Yanukoviç və onun hökuməti özlərini zənginləşdirməklə məşğul olublar və əhalinin problemlərinə məhəl qoymayıblar”, - səfir qeyd edib.

Hazırda Ukraynada vəziyyətə parlamentin timsalında legitim hakimiyyət nəzarət edir, yeni çoxluq formalaşır və bu gün yeni hökuməti təsdiqləyəcək. Bəzi Rusiya KİV-nin və müəyyən qüvvələrin məlumatlarının əksinə olaraq, Ukraynada separatizmə və ölkənin parçalanmasına tərəfdar olan qüvvələr yoxdur. Krıma gəlincə, orada da parlament Ukraynanın tərkibindən çıxmaq məsələsini qoymayacaq. Krım hökumətindəki müəyyən qrup gərginliyi artırmaq istəyir.

Səfirin sözlərinə görə, Rusiya rəsmi hakimiyyəti də Krımın Ukraynadan çıxması məsələsini qaldırmır.

“Əgər Rusiyanın Krımdakı hərbi bazası hadisələrə müdaxilə edərsə, Kiyev onun bağlanması barədə qərar qəbul edə bilərmi?” sualının cavabında səfir deyib ki, tərəflər öz müqavilə öhdəliklərini yerinə yetirirlər.

O hesab etmir ki, Rusiya tərəfdən hansısa qeyri-dost addımlar atılsın. Səfir əlavə edib ki, Ukraynanın kömək üçün beynəlxalq birliyə müraciət etmək hüququ var. Budapeşt memorandumuna görə, Kiyevin nüvə silahından imtina etməsi ilə əlaqədar Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə Rusiya da daxil olmaqla, dünyanın aparıcı dövlətləri tərəfindən zəmanət verilməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG