Accessibility links

Vətəndaş cəmiyyəti liderlərinin həbsi ilə bağlı dinləmələr keçirilib


Vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı dinləmə
Vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı dinləmə

Dinləmələrə doqquz siyasi partiya, gənclər və ictimai təşkilatlar qatılıb

Azərbaycan müxalifət qüvvələrinin nümayəndələri avqustun 11-də Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında son zamanlar vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinin həbsi ilə bağlı dinləmələr keçirib.

Forumun iştirakçıları hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəvərovun tərtib etdiyi siyasi məhbus siyahısına dəstək ifadə edib.

Qeyd edilib ki, hakimiyyət müxtəlif beynəlxalq tribunalardan gələn tənqidi səsləri susdurmaq məqsədilə vətəndaş cəmiyyətinə total hücum həyata keçirir. Çıxışlar zamanı hakimiyyətin repressiyalarına kütləvi müqavimətin təşkil edilməsi zərurəti haqqında fikir səslənib.

Görüş iştirakçıları siyasi partiyalar, gənclər təşkilatları və ziyalıların adından İntiqam Əliyevin müdafiəsi ilə bağlı xüsusi bəyanat qəbul edib.

Sənəddə qeyd edilir ki, Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin Avropa standartlarına uyğun şəkildə tərtib edilməsində vətəndaşlara fəal şəkildə kömək edirdi və onun təmsil etdiyi bir çox işlər üzrə Azərbaycan hökumətinə qarşı qərarlar qəbul edilib. Hüquq müdafiəçisinin həbsindən sonra bu istiqamətdə işlər xeyli zəifləyəcək.

Bundan başqa, bütün həbs edilmiş vətəndaş cəmiyyəti fəallarının hüquqlarını müdafiə Komitəsi yaratmaq və repressiyalara qarşı müqavimət məqsədi ilə digər müxalif qüvvələrlə məsləhətləşmələri davam etdirmək qərara alınıb.

Dinləmələrdə Klassik Xalq Cəbhəsi, Müsavat, Liberal, Demokrat, “Vahid Azərbaycan - Milli Birlik”, “Ümid”, Xalq Cəbhəsi, Böyük Millət və Azadlıq Partiyaları, habelə bir sıra gənclər təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG