Accessibility links

İsmayıllı hadisələrində təqsirləndirilənlər istintaq zamanı döyüldüklərini bildirir


Şəki məhkəməsinin qarşısı

Şəki məhkəməsinin qarşısı

Şəki Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda 2013-cü il yanvar iğtişaşları üzrə işlə bağlı ittiham olunan Tofiq Yaqublu (Müsavat Partiyası başqanının müavini), İlqar Məmmədov (ReAL Hərəkatının sədri) və digərlərinin dinləmələri davam edib.

Bu günkü məhkəmə iclasında 5 nəfər təqsirləndirilən şəxs dindirilib. Bildiriblər ki, ibtidai istintaq zamanı onlardan ifadə alınan zaman fiziki təzyiqlərə məruz qalıblar, döyülüblər. Onlar özlərini təqsirli bilmədiklərini məhkəmənin diqqətinə çatdırıb

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

ReAL Hərəkatının sədri İlqar Məmmədov Müsavat başqanı İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Bu zaman təqsirləndirilən Qarabağ əlili, epilepsiya xəstəsi Abdullayev Mirkazım ifadə verərkən huşunu itirib. Bundan sonra təcili yardım çağırılıb.

Məhkəmə prosesini izləmək üçün Şəkiyə səfər etmiş Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistlərə bildirib ki, məhkəmədə günahsız insanlar mühakimə olunurlar.

Məhkəmə dekabrın 29-da işini davam etdirəcək.

Bundan sonra təqsirləndirilənlər Gəncə İstintaq təcridxanasında deyil, yeni istifadəyə verilmiş Şəki İstintaq təcridxanasında saxlanılacaq.

Yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinovun və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələməsi ilə Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Müsavat başqanının müavini Tofiq Yaqublu partiya sədri İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

müşayiət olunan hərəkətləri sonradan hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişəyə çevrilib. Rayonda kütləvi etirazlar yanvarın 24-də yatırılıb. 18 nəfər həbs edilib.

İğtişaşlar başlayandan bir gün sonra baş verənləri müşahidə etmək məqsədi ilə İsmayıllıya səfər etmiş İlqar Məmmədov və Tofiq Yaqublu da həbs edilib.

Tofiq Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinlərinə qarşı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi qaldırılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG