Accessibility links

Rusiya prezidentinin təşəbbüsü ilə Dağlıq Qarabağ problemi müzakirə ediləcək


Rusiya prezidentinin təşəbbüsü ilə Dağlıq Qarabağ problemi müzakirə ediləcək

Rusiya prezidentinin təşəbbüsü ilə Dağlıq Qarabağ problemi müzakirə ediləcək

Rusiya prezidentinin təşəbbüsü ilə 2008-ci ildə üç ölkə prezidenti onuncu dəfə görüşəcək.

Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı vasitəçilik səylərini davam etdirməyi planlaşdırır. Bu bəyanatla bu günki mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə üçtərəfli görüşü olacaq. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.
Bundan öncə isə yanvarın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri prezidentlərin qarşıdakı Soçi görüşü ilə bağlı məsləhətləşmə keçirəcək.
Soçi görüşü 2008-ci ildən sonra Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən onuncu üçtərəfli görüş olacaq. Üç ölkənin prezidenti sonuncu dəfə 2011-ci il iyunun 24-də Kazanda görüşüb.

XS
SM
MD
LG