Accessibility links

Təbriz və Urmiyədə minlərlə azərbaycanlı aksiyalarda iştirak edib (əlavə videolar və məlumatla)

  • Insafəli Hidayət

Təbriz və Urmiyədə minlərlə azərbaycanlı aksiyalarda iştirak edib (əlavə videolar və məlumatla)

Təbriz və Urmiyədə minlərlə azərbaycanlı aksiyalarda iştirak edib (əlavə videolar və məlumatla)

Təbriz və Urmiyədən başqa Azərbaycanıların yaşadıqları başqa şəhərlər də, o cümlədən Ərdəbildə də nümayişlərin keçirildiyi bildirilsə də Amerikanın səsi bunları hələlik müstəqil mənbələrdən təsti edə bilməyib.

Təbrizdən aldığımız xəbərlərə görə bu gün minlərlə insan Urmiə və Təbrizdə küçələrə axışaraq Urmiyə gölünün qurumasının qarşısını almaq üçün parlamentə verilən qanun layihəsinin rəddedilməsinə etirazlarını bildirib Urmu gölünün xilas edilməsinə çağırıblar. Təbrizdə əlaqə saxladığımız nümayiş iştirakçıları küçələrdə adamdan dəfələrlə çox təhlükəsizlik qüvvəsi olduğunu deyiblər. Onlar rəsmi paltardakı polis dəsdələrindən dəfələrlə çox mülki paltarda polislərin küçələrdə keşik çəkdiklərini deyiblər.

Nümayişə təşəbbüs edənlərin bir hissəsi polis tərəfindən döyülüb. Yüzlərlə adam yaralanıb. Yüzlərlə adam isə saxlanıb. Şənbə günkü nümayişlərin qarşısını almaq və əhalini dağıtmaq üçün Tehrandan Təbrizə dünən xüsusi təyinatlı qüvvələrin göndərildiyi deyilir.

HRANA bildirib ki, Urmiyəninin Mosom küçəsində yerləşən örtülü bazararın bağlı olmasına baxmayaraq təhlükəsizlik qüvvələri və iğtişaş polisi heç bir səbəb olmadan bazara daxil olub əmlaka zərər veriblər. HRANA Avqustun 27-ndə yaydığı xəbərdə də mülki paltarlı agentlərin Təbrizdə dükanların pəncədərələrini, telefon budkalarını dağıtdıqlarını və belə hadisələrin keşmişdə də Tehranda başverdiyini yazmışdı.

Amerikanın səsinin Təbriz və Urmiyədən aldığı məlumatlara göə minlərlə insanın çox sıxı təhlükəsizlik tədbirlərinə baxmayaraq iştirak elədikləri nümayişlərdə hökümət və rejim əleyhinə şüarlar səslənməyib, aksiyalar siyasiləşdirilməyib və ətraf-mühit məsələsi olaraq qalıb. Ancaq çəkilən videolardan da göründüyü kimi onların aksiyasına qarşı polis tərəfindən heç də güzəştə gedilməyib yüzlərlə adam polisin hücumu nəticəsində aldıqları zərbələrə görə xəstəxanalara yerləşdiriliblər ki, onların da bəziləri xəstəxanada müalicə olunduqları vaxt polis tərəfindən saxlanaraq təhlükəsizlik qüvvələrinin nəzarətindəki xəstəxanalara aparılıblar ki, müalicədən sonra həbs oluna bilsinlər. Həbsdəki nümayiş iştirakçılarının sayı barədə dəqiq məlumat olmasa da azı yüzə qədər adamın polisin nəzarətində olduğu təxmin edilir. İranın Azərbaycan vilayətlərinin yerləşdiyi hissəsində Təbriz və Urmiyədən başqa şəhərlərdə də nümayişlərin olduğu barədə xəbərlər isə hələlik təstiqlənməyib.[Polislə əhali arasında çəkişməni göstərən aşağıdakı videonun səs yazısı yoxdur, amma səssiz də olsa görməyə dəyər olduğunü düşünərək həmin videonu xəbərə yerləşdirmişik]

Yaşıl hərəkatın və xaricdəki bəzi fars medialarının nümayişə münasibəti müsbət olub və bu məsələnin İran millətləri arasında ünsiyyət/ barışıq üçün bir fürsət olması barədə söhbətlər açılıb. Bəzi fars mediaları azərbaycanlılarla ciddi əməkdaşlığa çağırsalar da nümayişləri və onların Urmiyə gölünün qurumasının qarşısınının alınması üçün tədbirlər görülməsini təngid edən mediaların sayı da az olmayıb.

Buna baxmayaraq sayları yüzəlliyə çatan bir qrup İranlı jurnalist məsələ ilə bağlı olaraq və ünsiyyət əhval-ruhiyyəsini nəzərə alıb azərbaycanlıların tələblərinə baxılması üçün İran rəhbərliyinə bir məktubla müraciət ediblər.

Farslar və müxalif qrupların rəaksiyasının ümumilikdə müsbət olmasında nümayişlərin siyasiləşdirilməməsi ətraf-mühit məsələsi olaraq davam etdirilməsi, başqa millətlər, rejim əleyhinə, millətçi və seperatçı şüarlardan imtina edilməsinin mühüm rolu olub. Xaricdəki fars mediaları İranda azərbaycanlıların ölkənin gələcəyinə təsir göstərə biləcək hadisələrdəki rollarının nə dərəcədə mühüm olduğuna bir daha işarə ediblər.

Bu arada "Tehran Times"ın yazdığına görə Qərbi Azərbaycan Vilayətinin İmam Cüməsi dünən Urmiyədə Cümə Namazı zamanı deyib ki, Urmiyə gölünün məhv olmasının qarşısının alınması məsələsində rəsmilər də qətiyyətlidirlər. Xaricdəki oxucuları nəzərdə tuta ingilis dilli qəzetin yazdığına görə Höccətül islam Qulamrza Həsəni çərşənbə günü də demişdi ki, əhali haqlı olaraq gölün xilas edilməsini istəyir və rəsmilər xalqın bu tələbi ilə hesablaşmalıdırlar. "Tehran Times"ın yazdığına görə Urmiyə mollası bu gün Təbrizdə və Urmiyədə, hökumətin Urmiyə gölünün qurumasının qarşısını almamasına etiraz olaraq keçirilən nümayişlərdən bir gün əvvəl, dünən verdiyi bəyanata diqqəti cəlb edib.

XS
SM
MD
LG