Accessibility links

Rusiya və Azərbaycan prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Sentyabrın 3-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefon söhbəti zamanı regiondakı son durumu müzakirə edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin İlham Əliyevə zəng edib və Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib.

“Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib. Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib,” məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib.

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşünün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında deyilir ki, sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib.

Biz, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq. Biz sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdik. Biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik,” sənəddə qeyd edilir.

İlk dəfə olarq tərəflər hər iki ölkənin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacibliyini qeyd edib.

Bununla yanaşı, sentyabrın 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfinin baxışı dəyişməzdir.

"Artıq dediyimiz kimi, Azərbaycanın 2022-ci il martın 10-da təqdim etdiyi təkliflərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Başqa bir məsələ odur ki, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərinə toxunmur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verilən cavabımızla biz gündəliyi tamamladıq və buna görə də, bu əsasda sülh danışıqlarını davam etdirməyə hazırıq. Bunu Brüsseldəki son müzakirələr zamanı Ermənistanın baş naziri Paşinyan bir daha təsdiqləyib. Bu nöqteyi-nəzərdən məhəl qoymamaq və ya ona qulaq asmamağa çalışmaq Ermənistan tərəfinə Azərbaycanın sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir. Üstəlik, danışıqların reallığa uyğun olmayan özbaşına təfsirlərinin davam etməsi və razılaşmaların icrasından yayınması Azərbaycanın sülh prosesini pozmaq və güc tətbiq etməklə etnik təmizləmə siyasətini davam etdirmək niyyətində olduğunu düşünməyə imkan verir,” nazir Mirzoyan qeyd edib.

Bu arada isə son iki gündə Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda yenidən atəş səsləri eşidilməyə başladığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 3-də 19 dəfə Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğunu bildirib.

Ermənistan Müdafiə Nazirliyi Azərrbaycan tərəfinin məlumatını təsdiq etməyib və Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmadığını bildirib.

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG