Accessibility links

ABŞ-ın Avropa Komandanlığı Azərbaycanda minatəmizləmə üzrə təlimlər keçəcək


ABŞ-ın Avropa Komandanlığı Azərbaycanda minatəmizləmə üzrə təlimlər keçəcək (Foto ABŞ Səfirliyinindir)
ABŞ-ın Avropa Komandanlığı Azərbaycanda minatəmizləmə üzrə təlimlər keçəcək (Foto ABŞ Səfirliyinindir)

ABŞ-ın Avropa Komandanlığının Humanitar Minalardan Təmizləmə Proqramını təmsil edən komanda avadanlıq və təlimlərin təmin edilməsi üçün layihələr hazırlamaq məqsədilə Azərbaycan Minatəmizləmə Agentliynin (ANAMA) rəsmiləri ilə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın Avropa Komandanlığının Humanitar Minalardan Təmizləmə Proqramı ANAMA ilə 20 illik əməkdaşlıq tarixinə malikdir və əməkdaşlıq irsini davam etdirməyə hazırdır.

ANMA-nın məlumatında isə deyilir ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının nümayəndə heyəti Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb.

“ABŞ Avropa Komandanlığı tərəfindən Agentliyin təlimatçılarına “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə (EOD) müxtəlif səviyyəli yeni bilik və bacarıqları əhatə edən təlimlərin keçirilməsinə dair danışıqlar aparılıb. Həmçinin, minatəmizləmə əməliyyatlarında istifadə edilən yeni avadanlıqların təqdim edilməsi və sınaqdan keçirilməsi barədə Avropa Komandanlığının təklifi Agentlik rəsmiləri tərəfindən müsbət qarşılanıb,” ANAMA qeyd edir.

ABŞ nümayəndə heyəti 6-7 sentyabr tarixlərində Agentliyin Göygöl və Ağdamda yerləşən Regional Mərkəzlərinə səfər edib. Səfər çərçivəsində ANAMA tərəfindən keçirilən təlimlər, eləcə də icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Mövzuya uyğun

XS
SM
MD
LG