Accessibility links

Ned Prays: Biz Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi tez bir zamanda azad etməyə çağırdıq


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

"Bəli, bizim nə qədər narahat olduğumuzu keçən həftə eşitdiniz, keçən həftə Vedantdan eşitdiniz və cənab Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi və saxlanılması bizi narahat edir. Biz Azərbaycan hakimiyyətini onu tez bir zamanda azad etməyə çağırdıq. Bunlar bizim tərəfdaşlarımızla diplomatik kanallar vasitəsilə özəl olaraq apara biləcəyimiz danışıqlardır".

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays dekabrın 20-də ənənəvi brinfinqdə Turan agentliyinin müxbirinin aşağıdakı sualına cavabda bildirib: "Azərbaycanda aparıcı fəal və ABŞ-da təhsil almış Bəxtiyar Hacıyev həbsxanada aclıq aksiyası keçirir. Artıq altı gündür, bu gün (dekabrın 20-də) məhkəmə onu azadlığa buraxmaqdan imtina edib. Onun əslində işgəncəyə məruz qaldığı barədə məlumatlar var. Mən onu da bilirəm ki, keçən həftə bu binada ABŞ-la danışıq aparan azərbaycanlı məmurlar var. Mövzu müzakirə olunubmu?"

Ned Prays deyib ki, ABŞ bütün dünya üzrə tərəfdaşları ilə insan haqları məsələsini geniş, sistemli, həm də ayrı-ayrılıqda qaldırmaqdan çəkinmir.

"Buraya təbii ki, Azərbaycandakı tərəfdaşlarımız da daxildir" , o qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 7 gündür aksiyanı davam etdirir. Dekabrın 20-də isə Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.

Mövzuya uyğun

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG