Accessibility links

Rüfət Səfərov: Apellyasiya şikayəti təmin olunmasa Bəxtiyar Hacıyev ölüm aclığına başlayacaq


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Dekabrın 15-də saat 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayəinə baxılacaq.

Bu barədə vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib.

Hacıyev Xətai rayon Məhkəməsinin həbs qətimkan tədbri qərarından apellyasiya şikayəti verib

“Əsassız həbs qərarına apellyasiya məhkəməsində son qoyulnmasını istəyirik”, vəkil qeyd edib.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirb ki, apellyasiya şikayəti təmin olunmazsa, Bəxtiyar Hacıyev ölüm aclığına başlayacaq.

“Bu, çox ciddi krizisin olacağından xəbər verir. Hökuməti bu istiqamətdə böhran vəziyyəti yaratmamağa, əvvəlki təcrübələrdən nəticə çıxarmağa, ictimaiyyəti qayğıdkeş, diqqətli, insan haqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, siyasi güc mərkəzlərini, ABŞ və Qərbi Avropa ölkələrinin siyasi rəhbərliyini, Avropa Birliyini, Avropa Şurasını Azərbaycan hökumətinə yönəlik çağırış və təzyiqlərini artırmağa dəvət edirəm. Heç şübhəsiz, həm indi, həm də gələcəkdə Bəxtiyar Hacıyevin həyat və sağlamlığına görə bir nəfər məsuliyyət daşıyacaq ki, o da dövlət başçısı İlham Əliyevdir. Bəxtiyar Hacıyevə və bütün siyasi məhbuslara azadlıq!” Rüfət Səfərov qeyd edib

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Mövzuya uyğun

XS
SM
MD
LG