Accessibility links

Dövlət Departamenti: Bəxtiyar Hacıyevlə bağlı vəziyyəti çox yaxından izləyirik


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

ABŞ həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir.

Bu barədə aprelin 20-də Dövlət Departamentində ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin beynəlxalq çağırışlara baxmayaraq Azərbaycan məhkəməsinin Hacıyevin həbs müddətini uzatması ilə bağlı sualının cavabında bildirib.

"Biz onun həbsilə bağlı öz mövqeyimizi dəqiq şəkildə ifadə etdik və vəziyyəti çox yaxından izləməkdə davam edirik", Patel əlavə edib.

Aprelin 20-də Bakıda məhkəmə Hacıyevin həbs müddətini daha iki ay uzadıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də və aprelin 20-də isə - iyunun 28-dək uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də - aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası, eləcə də senatorlar Dik Durbin və Ben Kardin kimi Konqres liderləri dəfələrlə Azərbaycanı Bəxtiyar Hacıyevi həbsdən dərhal azad etməyə çağırıb. Bir çoxları, o cümlədən keçmiş dövlət katibi Hillari Klinton ona qarşı ittihamların siyasi motivli olduğunu bildirib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG