Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultayını keçirəcək


AXCP-nin qurultayı (Arxiv foto. Mənbə: VOA)
AXCP-nin qurultayı (Arxiv foto. Mənbə: VOA)

İyunun 24-də Bakının Maştağa qəsbəsindəki Mədəniyyət evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti 7 (10) - cu qurultayı keçiriləcək. Qurultaya yerli təşkilatlardan 300-dən çox nümayəndə seçilib.

Bu barədə Amerikanın Səsinə AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə Bakı şəhər İcra Hakimiyyəti AXCP-nin müraciətinə cavabda qurultayın Maştağa qəsəbəsindəki Mədəniyyət evində keçirilməsini təklif edib.

“Mədəniyyət evində yalnız 255 nəfər üçün oturacaq var. Qurultay nümayəndələrinin sayı isə 300-dən çoxdur. Bizə alternativ yerlər təklif edilmədiyindən seçimimiz qalmadı”, o qeyd edib.

Məhərrəmov bildirib ki, qurultayın gündəliyinə sədrin hesabatı, sədrin seçkisi, Mərkəzi Nəzarət Təftiş Komissiyasının seçkisi və yeni Ali Məclisin təsdiqi daxildir.

“Qurultayın sənədləri “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək”, o qeyd edib.

AXCP-nin bundan öncəki 6 (9)-cu qurultayı 2015-ci ildə keçirilib.

Məhərrəmov bildirib ki, AXCP-nin qurultayları nizamnaməyə uyğun olaraq hər iki ildən bir keçirilməlidir.

“Ancaq qurultayın keçirilməsi üçün yer ayırılması xahişi ilə dəfələrlə hökumətə və biznes təşkilatlarına müraciətimizə müsbət cavab ala bilməmişik. Bu səbəbdən qurultayın keçirilməsi dəfələrlə təxirə salınıb”, Məhərrəmov deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2001-ci ildən sədri Əli Kərimlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Milli Azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin bazasında 1995-ci ildə qurulub və həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Azərbaycabn Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-1993-cü illərdə ölkə Prezidenti olub.

Azərbaycan Xalq Cəhhəsi Partiyası müxalifətdədir və hökumətin siyasətini sərt tənqid edir.

Mövzuya uyğun

XS
SM
MD
LG