Accessibility links

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir


Azərbaycan Ordusu
Azərbaycan Ordusu

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

105 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi birləşmə-Xüsusi korpus yaradılıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilib. 1998-ci ilə qədər belə olub. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin ordusu (Tarixi foto)
Azərbaycan Xalq Cümhuriyyətinin ordusu (Tarixi foto)

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinə Döyüş bayrağı təqdim edərkən deyib ki, Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılmasına başlanılıb.

“Hazırkı Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Ordu quruculuğuna, yeni silah və texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi qədər dövlət vəsaiti ayrılır”, o qeyd edib.

Dövlət başçısı həmçinin deyib ki, ordunun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

“Yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”, Əliyev qeyd edib.

XS
SM
MD
LG