Accessibility links

Azərbaycanın Təhlükəsizlik Şurasında İranın kəşfiyyat-pozuculuq fəaliyyətindən danışılıb


Təhlükəsizlik Şurası Katibinin Xidmətinin konfransı (Rəsmi foto)
Təhlükəsizlik Şurası Katibinin Xidmətinin konfransı (Rəsmi foto)

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir.”

Bu barədə Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini Ceyhun Şadlinski bildirib.

Azərbaycan Təhlükəsizlik Xidmətinin məlumatında deyilir ki, Şadlinski İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən danışarkən bildirib ki, “bu istiqamətdə kəsərli tədbirlər görülüb".

Məlumatda hazırda Dağlıq Qarabağda müvəqqəti yerləşdirlmiş Rusiya sülhməramlı Qüvvələrinin hansı miqdarda hərbi texnika yerləşdirməsi barədə izahat verilmir. Eyni zamanda İranın həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin detallarına toxunulmur.

Təhlküəsizlik Xidmətinin məlumatına hələ nə Rusiya, nə də İran tərəfi şərh verməyib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

İran-Azərbaycan münasibətlərinə gəlincə, bu istiqamətdə gərginlik davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib. Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG