Accessibility links

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir


26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanınına əsasən qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Həmin il avqustun 1-də AXC-nin hərbi nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını bolşevik işğalından azad edib.

1920-ci ilin aprelində Rusiyanın Azərbaycanı işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Azərbaycan Ordusunun çoxsaylı generalları və zabitləri bolşevik hökuməti tərəfindən güllələnib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yenidən təşkil edilib. Nəhayət Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib.

Bu il Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla 114 hərbçi müxtəlif orden və medallarla təltif edilib, 8 hərbi qulluqçuya ali hərbi rütbələr verilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG